Qadin.NET / Evdə masaj

Evdə masaj

 

Masaj proseduru bütün növ yaş dövründə olan insanlar üçün faydalıdır. Masaj insanda qan dövranını yaxşılaşdırır. Çox vaxt biz işdən evə yorğun gəldikdə öz doğmalarımıza ayırmaq üçün enerjimiz bəs etmir. Buna görə özümüzə fikir verməliyik. Sadə bir masaj vasitəsilə biz həm istirahət edərik, həm də zövq və enerji alarıq.

Siz də kömək üçün öz doğmalarınıza müraciət edin. Evdə bu proseduru öyrənmək çox asandır. Siz yalnız bir neçə masaj videosuna baxmaqla da kifayətlənə bilərsiniz.

Beli necə masaj etmək olar? Təlim ilə başlayaq. Masaj edəcəyiniz adamı sizin əliniz asanlıqla çata biləcək yatağa uzadaraq mədəsinin altına yastıq qoymaq lazımdır. Əllərinizə və masaj edəcəyiniz adamın belinə ətirli masaj yağı sürtün. Masaja sərt və cəld hərəkətlərlə başlamaq olmaz. Əvvəlcə əllərin yavaş hərəkəti ilə əzələləri isitmək lazımdır. Əllərin yumşaq hərəkəti ilə masaj etməyə başlayın. Onurğanı isə ehtiyatla masaj etmək lazımdır, çünki diqqətsiz bir hərəkət ağrı verə bilər.



Masaj bitdikdən sonra insana xoş bir sevinc bəxş edir. Masaj seansından sonra masaj etdiyiniz adama 10 dəqiqəlik istirahət verin. Həm də unutmayın ki, incə bir masaj insana dərin və rahat yuxu bəxş edir.

 

16 fevral 2012
GO BACK