Qadin.NET / Arıqlamaq üçün məşhur sirri

Arıqlamaq üçün məşhur sirri

 

Viktoriya Bekhemin qüsursuz zahiri sual doğurur: O, buna necə nail olur? Axı dörd uşaq anası olmaq, böyük evi və şəxsi moda biznesini idarə etmək hər qadının öhdəsindən gələ biləcəyui iş deyil. Ümumiyyətlə, Vikinin bədəni o qədər incə və miniatür formasındadır ki, ona baxanda yemək yediyini söyləmək çətindir. Sən demə, yeyir.

Arıqlamaq üçün məşhur sirri

Modelyer məşhur aşpaz Qordon Ramzi ilə dostluq edir və belə görünür ki, onun bəzi mətbəx sirlərini ələ keçirib. “Spice Girl” qrupunun keçmiş solisti öz instaqram hesabında ev çörəyindən hazırlanan sevimli dostunun reseptini paylaşıb.

 

İnqrediyentlər

 

Çörək üçün:

 

Bir balqabaq ləti

 

Qarabaşaq unu

 

Yer alması

 

Duz

 

Bir çimdik soda

 

Kətan toxumu

 

Limon şirəsi

 

Günəbaxan tumu

 

Balqabaq tumu

 

Küncüt tumu

 

Püre üçün:

 

Yumşaq avokado

 

Limon şirəsi

 

Qara istiot

 

Viktoriya qidalanmasına ciddi şəkildə fikir verir, odur ki, çörək qlutensizdir.

Arıqlamaq üçün məşhur sirri

Yer alması xəmir xörəklərinə, desertlərə və souslara qatılaşdırıcı kimi əlavə olunur. Bu bitki maddələr mübadiləsini normallaşdırır, damarlarda qan laxtalarını yaranmasına mane olur və allergiya doğurmur. Sellülozanın və kraxmal maddələrin yüksək tərkibinə görə yer almasından tibbdə anoreksiya müalicəsi üçün istifadə olunur. Onun tərkibində yağlar yoxdur, odur ki, insan orqanizmində tamamilə sovrulur. Heç bir yağ ehtiva etməsə də, bədənə maksimum enerji verir.

Arıqlamaq üçün məşhur sirri

 

Aytən Məftun (Publika.az)

26 iyun 2019
GO BACK