Artıq çəkidən əziyyət çəkirsiniz? Nə etsəniz də arıqlaya bilmirsiniz? Elə isə bu xəbərim məhz sizin üçündür. Öz artıq çəkisindən xilas olmuş on nəfərin məsləhətləri ilə tanış olun. Kim bilir, bəlkə də, bu məsləhətlər həyatınızı dəyişdirdi.
İlk olaraq tərəzini və başdan ayağa sizi əks etdirən güzgüləri gizlədin.
Yüzüncü dəfə "idmana bu gündən başlayacam" desəniz də həvəsdən düşməyin və başladığınız idmanı sonadək edin.
Ya da həftədə iki dəfə 20 dəqiqə idman etməklə başlayın.
Yediyiniz hər şeyin kalorisini öyrənin.
Ağ şəkərdən imtina edin.
Nə üçün arıqlamaq istədiyiniz barədə özünüzə məktub yazın.
Şirniyyatdan uzun müddət imtina edə bilmək üçün özünüz özünüzlə yarışın.
Hər yerə gəzərək gedin.
Rəqs edin.
Hazır yemək və çərəzlərdən imtina edərək yemək bişirməyi öyrənin.