Kastamonuda radio "Birinci"-nin sahibi olan Beyhan Kendirci qısa bir müddət əvvəl balanssız qidalanması nəticəsində kökəldi. Geydiyi paltarlar əyninə olmadığı üçün və mağazalardan paltar axtarmağa başlayan Beyhan Kendirci istədiyi paltarların əyninə olmaması səbəbiylə arıqlamağa qərar verdi. Yol gedərkən də çətinlik çəkməyə başlayan Beyhan Kendirci internetdə apardığı araşdırmalar nəticəsində türk qəhvəsi içərək arıqlaya biləcəyini tapdı və tətbiq etdi. Hər səhər nizamlı bir şəkildə türk qəhvəsi içən Beyhan Kendirci 10 gündə 5 kq arıqlayaraq türk qəhvəsinin arıqlamağa da təsirinin olduğunu sübut etmiş oldu. Türk qəhvəsinin arıqladıcı təsirini kəşf edən Kendirci bunu kök qadınlara və bəylərə radio vasitəsilə də tövsiyə etdi.
Beyhan Kendirci qısa müddət əvvəl 15 gündə 6 kq kökəldiyini deyərək "Daha sonra narahat olmağa başladım. Tərəziyə çıxdığım zaman 80 kq olduğumu gördüm. Mağazaya getdiyim zaman əynimə uyğun paltar tapa bilməz hala gəldim. Yol gedə bilmirdim. Buna görə internetdə araşdırmağa başladım, türk qəhvəsinin arıqlamağa kömək etdiyini oxudum. Mən də hər səhər bir fincan türk qəhvəsi içərək 10 gündə 5 kq arıqladım. Bunu bacardım və bunu bütün artıq çəkili xanımlara və bəylərə tövsiyə edirəm", dedi.
Arıqladıqdan sonra çox rahatladığını deyən Kendirci "Pilləkəni rahat enib çıxa bilirəm, ən gözəli isə əlavə bir şey yoxdur, idman etmənizə ehtiyac yoxdur, qəhvə içərək idman etmədən də arıqlamaq mümkün olduğunu gördüm. Hal-hazırda 74 kq-a qədər enmişəm, hədəfim 68 kq-dır. 68 kq-a qədər düşsəm, ideal çəkimə çatmış olacağam" deyə əlavə edib.
Mütəxəssislər birdən arıqlamağı tövsiyə etmir!
Özəl Kastamonu Anadolu Xəstəxanası dietoloqu İrem Demirilyas türk qəhvəsinin arıqlamağa təsirinin olduğunu dedi: "...Lakin belə bir təsiri də var. Türk qəhvəsi maddələr mübadiləsini sürətləndirir. Yalnız türk qəhvəsi içərək arıqlamaq kimi bir şey yoxdur. Türk qəhvəsi yalnız arıqlamaq üçün vasitədir. Gündə 1-2 fincan türk qəhvəsi içilə bilər, təbii ki, daha çox istifadə zərərlidir".
Gündə 1-2 fincan türk qəhvəsi istehlak edilməsini məsləhət görən dietoloq Demirilyas "Gündə 1-2 fincan türk qəhvəsindən əlavə qəhvə içildiyi zaman içindəki kofein miqdarının yüksək olmasına görə həddindən artıq dozada qəbul edildiyi zaman böyrəklərimizə, ürəyimizə, mədəmizə çox mənfi təsiri göstərər. Buna görə gündə 1-2 fincan türk qəhvəsi kafi olacaq" deyə əlavə etdi.
10 gündə 5 kq arıqlamağın çox sağlam bir üsul olmadığını söyləyən dietoloq İrem Demirilyas sözlərinə belə davam etdi:"Biz həftədə maksimum 1 və ya 1,5 kq arıqlamağı planlaşdırırıq. Çünki sonradan iki qat daha çox kökələ bilərsiniz. Birdən-birə arıqladığımız zaman kökəlməyə meyilli oluruq. Buna görə də 10 gündə 5 kq arıqlamaq zərərlidir. Bizlər də bunu yalnız balanslı və kafi qidalanma ilə təmin edə bilərik. Digər bütün zülalları da qəbul etməyimiz lazımdır. Bunların yanında hər şeydən kafi miqdarda qəbul edərək karbohidrat, zülal, yağ tarazlığı içərisində arıqlamağınızı tövsiyə edirik".