Hər bir dolu xanımın məqsədi arıqlamaq, incə olmaqdır. Əlbəttə, kök olanda istədiyimiz geyimi geyinə bilmirik. Öz tay-tuşlarımızın yanında utanırıq, çəkinirik. Ancaq çəkinməyə heç bir ehtiyac yoxdur. Hər bir şey öz əlimizdədir. Əgər biz istəsək, hər bir şeyə nail ola bilərik. Odur ki, təmkin, səbr, dözüm ən əsas amillərdən biridir. Əgər qarşımıza bir məqsəd qoymuşuqsa, demək ona əməl etməliyik. İnanın ki, zəhmətinizin bəhrəsini görəcəksiniz.
Mən də "Yox, mən pəhriz tuta bilmərəm! Axı mənim aclığa dözümüm yoxdur" deyirdim. Ancaq qarşıma məqsəd qoydum və istədiyim nəticəni əldə etdim. Hazırda daha yüngül, daha rahat və daha gənc olduğumu görürəm. Və sizə özümün əməl etdiyim pəhrizi təqdim edirəm. Bu pəhrizlə nə az-nə çox, həftəyə 9-10 kilo arıqlayırsınız. Ancaq gərək olduğu kimi pəhrizə əməl edəsiniz. Yoxsa istədiyimiz nəticəni əldə edə bilməyəcəyik.
Pəhriz siyahımızla tanış olun.
1 -ci gün
5 soyutma kartof və istədiyiniz qədər kefir.
2 -ci gün
100 qr. qaynadılmış toyuq əti və kefir.
3-cü gün
100 qr. qaynadılmış mal əti və kefir.
4-cü gün
100 qr. buxarda bişirilmiş balıq və kefir.
5-ci gün
Banan və üzümdən başqa bütün meyvələrdən yeyə bilərsiniz.
6-cı gün
Ancaq kefir yeməlisiniz.
7-ci gün
Gün ərzində ancaq mineral su içməlisiniz.
Bu pəhrizdə çoxlu su içməlisiniz. Ən az gündə iki litr olmalıdır. Dəqiqliklə əməl etsəniz, istədiyiniz nəticəni alacaqsınız. Çünki mən də bu pəhrizlə 73-dən 63 kiloya endim. Ancaq bu pəhrizi bir həftədən artıq tutmaq olmaz. Gərək ara verə-verə tutasınız. Yoxsa səhhətinizdə problemlər yaranabilər. Bir həftə tamam olduqdan sonra gündəlik yediyiniz yeməyi yarıya bölərək yeyin. Yağlı yeməklərdən və şiriniyyatdan uzaq durun. Meyvə-tərəvəzə daha çox üstünlük verin və ideal bədən quruluşuna sahib olun.