Qadin.NET / Yüngül pəhrizlə 8 kq arıqladım!

Yüngül pəhrizlə 8 kq arıqladım!

Yüngül pəhrizlə 8 kq arıqladım!
Müasir dövrdə arıq bədən quruluşu təkcə gözəllik demək deyil, həm də sağlamlıqdır. Artıq çəkinin orqanizmə verdiyi narahatlıqlar, yol açdığı xəstəliklər tibbə çoxdan məlumdur. Sağlam bədən quruluşu - standart ölçülərə daxil deyil. Hər orqanizmin individual olaraq özünə xas norması vardır. Bəzən bunu aydınlaşdırmaq üçün mütəxəssisə ehtiyacımız olur.

Mütəxəssislərə həm də artıq çəkidən azad olmaq üçün də müraciət edənlər az deyil. Bu əslində ən optimal variantdır. Amma təbii ki, hər kəsin belə bir imkanı yoxdur. Bu səbəbdən çox xanımlar sosial mediyadan və yaxınlarından eşitdikləri pəhriz reseptlərinə əməl etməyə çalışırlar. İstər mütəxəssisin təyin etdiyi, istərsə də özümüzün araşdırıb tapdığımız pəhrizlərə əməl etmək üçün iradəli olmaq lazımdır.

Mənim sizə təqdim edəcəyim pəhriz həqiqətən effektlidir. Buna əminəm, çünki özüm bu pəhrizlə bir ayda 8 kq arıqlamışam. Bəzi xanımlar ayda 10-20 kq itirmək istəyirlər. Amma bu? çox təhlükəlidir. Orqanizm bu çəkini tədricən topladığı üçün birdən-birə də itirməsi məsləhət deyil.

Çox uzatmadan keçim pəhrizin reseptini təqdim etməyə...

Əvvəlki halım belə idi.

Yüngül pəhrizlə 8 kq arıqladım!

Mənim arıqlamaq sirrim odur ki, səhər tezdən ac qarına bir stəkan su içirəm. Ümumiyyətlə isə gün ərzində 8 stəkan su içirəm. Gün ərzində bircə dilim çörək yeyirəm. Yeməkdən 40 dəqiqə sonra yenə su içirəm. Axşam saat 7-dən sonra yemək yemirəm. Bütün bunlara əməl etmək ilk günlərdə çətin olsa da, bir-neçə gün sonra orqanizm alışdığı üçün, özünüzü daha rahat hiss edəcəksiniz.

Nəticəm belə oldu:

Yüngül pəhrizlə 8 kq arıqladım!

Bütün bu dediklərimdən əlavə, bir içkini də hazırlayaraq hər gün qəbul edirəm:

100 q limon şirəsi

200 q bal

50 q zeytun yağı

Ərzaqları qarışdıraraq bir qabda saxlayırıq. Hər gün 1 x/q qəbul edirik. Bu içki orqanizmi sağlam və cavan saxlayır.

İdmanın çəki itirməyə göstərdiyi müsbət təsiri inkar edilməzdir. İdman həm də müəyyən nahiyələrdə yığılan artıq yağlardan qurtulmağa yardım edir. Odur ki, əziz xanımlar, tənbəllik etməyin, ərinmədən hər gün ən azı 15 dəqiqə idman edin. Bunun üçün xüsusi hərəkətləri bilmək vacib deyil. Sadəcə 15 dəqiqə aktiv hərəkət edin. Amma qarın və omba nahiyələrində yerləşən yağlardan tez zamanda qurtulmaq istəyirsinizə, bu nahiyələr üçün nəzərdə tutulan xüsusi idman hərəkətləri etməyiniz məsləhətdir.

Yüngül pəhrizlə 8 kq arıqladım!

Hər birinizə sağlam arıqlamağı arzu edirəm!

1 mart 2014
GO BACK