Artiq mən ariqladim!
Sizə deyəcəklərim çətin deyil. Həmişə elə Qadin.net saytından pəhriz haqqında olan xəbərlərə baxardım. Bir pəhrizə on dəfə başlayardım, ancaq alınmırdı ki, alınmırdı.
Həvəsdən tez düşərdim. Amma bir gün arıqlamaq üçün su və qaçış pahrizinə rast gəldim.
Su içməyə başladım. Əvvəl günə 2 litr, sonra isə 3 litr su içməyə başladım. Su qəbul etmə çəkiyə görə hesablanır.
Məsələn: 60 kq. olan xanımlar 3 litr. 70 kq. olan xanımlar 3.5 litr su qəbul etməlidir..
Mən kəçən il 72 kq idim. May ayından su içməyə başladım və hal-hazarda 59 kq-a kimi arıqlamlşam.
Hə qaçışı unutmayaq.
Mən bina evində yaşadığım üçün qaça bilmirdim. Ona görə evdə qulaqlıq geyib oynayırdım və yerimdə qaçırdım.
Bu qaçışın mənə çox faydası oldu.
Hər yeməkdən rahatlıqla, heç bir pahriz gözləmədən yeyirəm. Sadəcə çörək yemirəm. Mən artıq öyrənmişəmşəm. Bilirəm, çoxunuza çörək yeməmək qəribə gələcək, amma narahat olmayın siz də təkrarlayın və getdikcə çörək yemək istəməyəcəksiniz.
Nəticəsini də görəcəksiniz..
İndi arzuladığım çəkiyə sahibəm. Su içmək istəməsəm də ,artıq buna da adət etmişəm. Bu çəkiyə sahib olmağım məni çox sevindirir. İnşallah siz də mənim kimi istədiyiniz çəkiyə sahib olasınız.
İradəli olun ki, artıq çəkinizdən qurtulasınız.