Qadin.NET / Gicitkənin möcüzəvi gücü

Gicitkənin möcüzəvi gücü

Mən dilbər guşəmiz olan Dağlıq Qarabağın hal – hazırda

işğal altında olan rayonlarının birindı dünyaya gəlmişəm. Mən oradan

qaçqın düşərkən 6 yaşında idim. Yadımdadır ki, bizim gündəlik yəməyimizin

ən az bir günlük norması həyətimizdə bitən bitkilərdən, göy-göyərtilərdən

hazırlanmış yeməklər olurdu. Mən də ən çox gicitkənli yeməkləri sevirdim.

Və çox sağlam bir uşaq idim…

2003-cü ildə mən güclü revmatizmadan çox əziyyət çəkdim. Çox müalicələr alsam da revmatik allergialarım

azalmırdı. Bir tanışım mənə Şəkidə bir qadının gülab çəkmək üçün istifadə edilən çəlləkdə başqa

bitkilərin də suyunu çəkdiyini söyləyib mənim üçün 1 şüşə gicitkən suyu gətirdi.

Və möcüzə baş verdi. Mənim az qala kilolarla atdığım dərmanların

bacarmadığını gicitkən bacardı.

Hər ağrıdığımda 100 qr. gicitkən suyu içərək revmatizmanın öhdəsindən məharətlə gəldim.

Təbiətin bu möcüzəvi bitkisinin xeyrini sizinlə bölüşmək istədim.


3 avqust 2012
GO BACK