İlk növbədə hər birinizə çox böyük təşəkkür etmək istəyirəm. Bəlkə də siz olmasaydınız, çiy qidalanma təcrübəsini başladıqdan 5-6 gün sonra saxlayacaqdım. Hər dəfə cığallıq (cheating) etmək istədiyim zaman bu təcrübəni yalnız özüm üçün deyil, həm də sizin üçün etdiyimi özümə xatırladırdım. Çiy qidalanma haqqında çox oxusam və demək olar ki, 50-60% çiy qidalansam da, bu günlərdə 100% çiy qidalanacağımı planlaşdırmamışdım. Bir ay öncə kəskin xroniki xolesistit ilə diqnoz olunduqdan sonra iynə-dərman siyahısını və ultrasəs müayinəsi (UZİ) nəticələrini də götürüb evə gəldim (Başqa bir həkim isə ümumiyyətlə, öd əməliyyatı edilməsini təkid edirdi). Həkimin dediyi hər şeyi aldım, amma nə qədər etsəm də, dərmanları qəbul etmək istəmirdim. İnsan yalnız inandığı şeydən xeyir götürə bilər. Dərmanların təsirinə inanmayaraq onları qəbul etsəydim, əminəm ki, heç bir nəticə əldə etməyəcəkdim.

Çiy qidalanmaya başlamazdan əvvəl etdiyimi testin nəticələridir (tamamilə iltihablaşmış, şişmiş, 12 saatlıq ağrı verən və məni incidən orqan).

20 gün sonra edilmiş testin nəticəsidir. 20 gün ərzində çiy qidalanma orqanizmi təmizləyib, öd kisəsinin iltahıbını götürüb və ölçüsünü normal hala salıb. Hətta həkim necə gözəl nəticə əldə etdiyimi dəfələrlə vurğuladı. Bunu eşitmək o qədər xoş idi ki! Gözləmə otağında olan xəstələrə “Buradan gedin! Dərmanlar qəbul etməyin” demək istəyirdim.
20 gün şirə, smuzi, salat, bişirilməmiş desertlər, meyvə, tərəvəz və çərəzlərlə qidalandım. Əgər siz də çiy qidalanmağı sınaqdan keçirmək istəsəniz, ümid edirəm, başlamazdan öncə bu haqda çox oxuyacaqsınız. Bu 20 gün ərzində etdiyim səhvləri sizinlə paylaşmaq istəyirəm.
1. Bişirilməyən suplar hazırlamağa tənbəllik etməyin. Sup reseptləri bilsəm də, 20 gün ərzində sup hazırlamadım.
2. Əgər məqsədiniz orqanizminizi detoks etmək və təmizləməkdirsə, o zaman keşyudan (cashew) çox istifadə etməyin. Ümumiyyətlə, bir qədər aclıq hiss etdiyiniz zaman mənim kimi qoz, badam, keşyu deyil, meyvə və ya tərəvəzə daha çox üstünlük verin.
3. Su! Su! Su! Gün ərzində 1,5–2 litr su için. Su içmək istəyən bədəni yemək və ya meyvələrlə doldurmayın. Elə günlər olurdu ki, işin çoxluğundan hər dəfə su içmək yadıma düşmürdü. Su şüşəsi həmişə iş stolunuzun üzərində və ya yanınızda olsun.
4. Heç zaman ac olduğunuz halda “İşimi bitirim, sonra yeyərəm. Bunu edim, onu edim, sonra yeyim” və s. deməyin. Bədəninizə qulaq asın. Ac oldusa, qidalandırın. İncitməyin. Çox gözlətməyin.
Çiy qidalanmaq mənim üçün çətin olmadı (qardaşım üçün hər gün yeni və sevdiyim yeməkləri bişirməyimə baxmayaraq).
Çiy qidalandığım günlərdə:
- Daha enerjili olurdum.
- Özümü daha yüngül və çevik hiss edirdim.
– Gözlərim həmişəkindən daha çox parıldayırdı (ətrafdakıların dediyinə görə).
– Hazırladığım yeməklər yağlı olmadığından qabları yumaq daha rahat olurdu.
– Mədə-bağırsaq sistemim əla işləyirdi.
– Bu günlərdə bədənimi, orqanizmimi müşahidə etməklə onu daha yaxşı tanıdım. Gözəl və faydalı yemək yediyim zaman orqanizmin necə sevindiyi, hansı yeməkdən sonra narazılıq etdiyini duya bilirsən.
Bu haqda o qədər danışa bilərəm ki. Sadəcə sınaqdan keçirin. 1 gün, 3 gün, 1 həftə–qısa müddətlik başlayın ki, bədəniniz öyrəşsin. Mənim üçün sağlamlıq bir səyahətdir. Hamımımız bu yoldayıq. Əgər siz də sağlam olmaq, yaşlı olduğunuz zaman enerjili və gümrah olmaq istəyirsinizsə, bu gündən sağlamlığınızı qoruyun. Həyatda insanın yatıra biləcəyi ən dəyərli investisiya onun sağlamlığı və təhsili üçündür. Bu yolda bir-birimizə dəstək olaq. Öyrənək və öyrəndiklərimizi paylaşaq.
Müəllif: Günel

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR