Qızartmalar
Ən çox sevilən yemək olan qızartmalar sellulitə səbəb olan ən zərərli qidalardan biridir. Bədən sağlamlığı baxımından da zərərli olan qızartma yerinə, yeməkləri qaynada və ya buxarda bişirə bilərsiniz.
Şəkərli qidalar
Şərbətli şirniyyatlar, şokolad, bisküvit sellutin yaranmasına zəmin hazırlayan qidalar arasında yer alır. Şəkər, qan şəkərini yüksəldərək yağ yığılmasına səbəb olur. Bunun yerinə şəkərsiz qəhvə və təbii şəkər olan meyvələrdən yeyə bilərsiniz.
Həddindən artıq duzlu qidalar
Yüksək təzyiq, ürək və damar xəstəliklərinin, qaraciyər və böyrək xəstəliklərinin ortaya çıxmasına duz səbəb olur. Eyni zamanda duz zamanla sellulitin yaranmasına səbəb olur.
Qatı yağlar
Sağlamlıq baxımından vacib olan yağlar qatı olmamalıdır. Zeytun yağı kimi bitki mənşəli yağlar yeyilməlidir. Qatı yağlar sellulitin artmasına səbəb olur.