Hər nə qədər qış aylarında ayaqlarımızdakı portağal görünüşünü ciddi almasaq da, yay ayları yaxınlaşdığı zaman bədənimizdəki bu problemdən xilas olmaq istəyərik. Sellulitdən xilas olmaq hər nə qədər çətin kimi görünsə də, əslində bir neçə sadə üsulla bunu bacara bilərik.
1. Mütəxəssislərin gündə 2-2.5 litr su içməyimizin lazım olduğunu söylədiklərini mütləq eşitmisiniz. Susuz qalan bir bədən hər cür reaksiyanı verə bilər. Sellulitə ilk çarə hər səhər duranda böyük bir stəkan ilıq suyun içinə 4-5 damla limon sıxaraq içməkdir. Bu üsul sayəsində bədəndəki şişdən də xilas olmaq mümküdür.
2. Qadınlar zamanla artıq çəkilərdən şikayət edib sağlamlığa zərər verən pəhrizər tətbiq edə bilir. Bu tip pəhrizlərdən uzaq durmaq lazımdır. Çünki onlar da sellulit yaratmaq qabiliyyətinə malikdirlər. Mütəmadi olaraq kökəlib-arıqlamaq bədəndə sellulit yaradır. Çünki bu zaman bədəndəki tarazlıq pozulur.
3. Sellulit meydana gəlməsinin qarşısını almaq üçün dərinizi mütəmadi olaraq nəm saxlamalısınız. Dərinizə mütəmadi olaraq nəmləndirici kremlər çəkin.
4. Sellulitin ən böyük köməkçisi "duz"-dur. Bəli, xanımlar, sellulitdən xilas olmaq istəyirsinizsə, duzu qətiliklə həyatınızdan çıxartmalısınız. Gündəlik istifadə edilən duz miqdarı 10 qramı keçməməlidir.
5. İsti-soyuq duş qəbul etmək də selluliti aradan qaldırır. Problemli bölgənizə əvvəl isti ardından da soyuq su ilə masaj edin. Bu əsnada mümkündürsə, at tükündən hazırlanmış bir lif istifadə edin. Sellulitlərin az qala yox olduğunu görəcəksiniz.
6. Bacardığınız qədər çox bitki çayı için. Bu cəhətdən yaşıl çay çox böyük əhəmiyyətə malikdir. Qara çay və qəhvə istehlakını azaldın. Turşulu içkilərdən tamamilə imtina edin.
7. Qan dövranını sürətləndirmək lazımdır. Oturduğunuz yerdə ayaqlarınızı mümkündürsə, yuxarı qaldırın. Ayaqlarınızı işlədərək idman edin. Gün ərzində ən azı bir saat gəzin.