Türkiyənin tanınmış xanımlarının necə sellülitsiz və gözəl bədənə malik olduqları ilə maraqlanırsızsa, xəbəri diqqətlə oxuyun.
Tanınmışların rahat reseptləri ilə sellülitlərdən can qurtara bilərsiniz.
Çağla Şıkel
O, öz dərmanını özü hazırlayır...
Ana olan Çağla Şıkel, sellülitsiz ayaqlarını özü hazırladığı portağal yağı, kəklikotu, bibərdən ibarət bir qarışığa borcludur. Çağla 10 damcı bibər suyu, 5 damcı kək otu suyu və 5 damcı portağal yağını qarışdırır, sonra bunu ipək bir parça ilə masaj edərək ayaqlarına çəkir. Arxasıyca ayaqlarını streç sellofana bükür. "Vacib olan tərləməsidir" - deyən tanınmış topmodel, həm də gəzinti və rəqsi də həyatından çıxarmır.
Demet Şener
Həyat tərzinə diqqət edir...
Heç vaxt sellülit problemiylə rastlaşmadığını bildirən 2 uşaq anası Demet Şener, gözəl bədən quruluşunu idmana borclu olduğunu bildirib. Qəhvə, çay, siqaret və alkoqoldan uzaq olduğunu bildirən Demet, bunların sellülitin əmələ gəlməsində həyat tərzinin böyük rolu olduğunu bildirib. "Düzgün qidalanmaq bəs etmir. Əlbəttə, idman da çox vacibdir. Gözəl bədən formamı idmana borcluyam" - deyə bildirib.
Seray Sever
Bu bəladan qaçmaq mümkün deyil...
Aparıcı Seray Sever, sellülitin bir həzm problemi olduğunu və bunun üçün də sellülitdən qorunmağın mümkün olmadığını deyənlər arasındadır. Nizamlı olaraq pilateslə məşğul olan Sever, əvvəllər sellülitə qarşı masajlar etdiyini, amma bu problemdən həmişəlik can qurtarmağın imkansız olduğunu bildirib.
Tuğba Özay
Yay-qış soyuq suyla çimirəm...
Tuğba Özay da gözəl ayaqları ilə diqqət çəkən tanınmış xanımlardandır. Sellülit probleminin olmadığını bildirən Özayın ən böyük sirri isə soyuq sudur. Yaz - qış hər gün soyuq su ilə çimdiyini deyən topmodel, "Həm də yediklərimə və içdiklərimə çox diqqət edirəm" - deyib. "Turş içkilərdən və kofeindən uzaq oluram. Kosmetik kremlərdə də mentollu olanları seçirəm" - deyərək əlavə edib.
Zeynep Mansur
Onun sirri bol su və idmandır...
Gözəl bədən quruluşu ilə diqqət çəkən Zeynep Mansur, sellülitdən can qurtarmaq üçün bol su içdiyini, squash (divar tennisi) oynadığını və fitneslə məşğul olduğunu deyib və əlavə edib ki, "Çöldən edilən müdaxilənin köməyi olduğuna inanmıram."
Eda Taşpınar
At qılı fırçasının möcüzəsi...
Yüksək təbəqənin ən gözəl bədənli xanımlarından olan Eda Taşpınar, düzgün bədən forması və sellülitsiz ayaqlarının özəl bir fırçaya borclu olduğunu bildirib. "Ayaqlarımı həmişə at qılı fırçasıyla fırçalayıram. Çəkimin artdığını hiss edəndə isə həmin an yeməyimi təxirə salıram."