Qadin.NET / Kələm yarpağı ilə sellülitə son

Kələm yarpağı ilə sellülitə son

 Kələm yarpağı ilə sellülitə son

Kələm yarpağı ilə sellüliti necə təmizləyə bilərik?

- Bir çox xanımların problemi olan sellülitləri 3 həftəyə gül kələminin yarpağı ilə yox edə bilərik.

- Qış aylarında yığdığımız çəkidən xilas ola bilərik.

- Bədənimizin toksinlərini təmizlədiyi üçün bağırsaq xərçənginin qarşısını alır.

- Qan inkişafını düzəldir, bədəninizin canlanmasına kömək olur.

Həkim İbrahim Saraçoğludan resept və hazırlanma qaydası ilə tanış olaq:

4 ədəd ağ kələm yarpağını qaynayan 1-2 litr suya atın və zəif odda ağzı bağlı olmaq şərtı ilə 15 dəqiqə bişirin.

Ac və ya tox qarına səhər bir stəkan və axşam bir stəkan için. Bunu 3 gün təkrar edin. 

Kələm yarpağı ilə sellülitə son

3 gün etdikdən sonra 3 gün ara verin. Daha 3 gün sonra yenə eyni şəkildə istifadə edin. Bu qayda ilə 21 gün davam edin.

Bunu etdikdən sonra 21 gün ara verin. 21 gün keçdikdən sonra ancaq həftədə 1 dəfə səhər və axşam ac və ya tox qarına 1 stəkan için. Sellülitlər tam təmizlənənə qədər bu qayda ilə davam edin.

- Ağzınızın dadını dəyişsin, ya da içmək daha rahat olsun deyə qaynanmış suya heç nə əlavə etməyin.

- 21 gün ərzində hazırladığınız miqdarı bir neçə gün istifadə edərək qurtarmağa çalışmayın. Hər gün təzə-təzə hazırlayın.

- 3 aydan sonra eyni şəkildə bir dəfə də istifadə edin.

- Qan dövranını düzəltmək istəyirsinizsə, bu resept faydalı olacaqdır.

 

Kələm yarpağı ilə sellülitə son

Sellülitdən azad olmaq üçün pəhriz

1-ci gün.

Gün ərzində ürəyiniz istədiyi qədər meyvə yeyib şorba içə bilərsiniz. Bananı çıxmaq şərti ilə.

2-ci gün.

Gün ərzində ürəyiniz istədiyi qədər meyvə yeyib şorba içə bilərsiniz. Lobyadan istifadə etməyin.

3-cü gün.

İstədiyiniz qədər tərəvəz, meyvə yeyə bilər, şorba içə bilərsiniz.

4-cü gün.

4 stəkan süd, 5 ədəd banan və şorba yeyə bilərsiniz.

5-ci gün.

300 qr mal əti, 6 ədəd pomidor və şorba yeyə bilərsiniz.

6-cı gün.

İstədiyiniz qədər yağsız mal əti və şorba yeyə bilərsiniz.

7-ci gün.

İstədiyiniz qədər meyvə suyu, qara düyü, tərəvəz və şorba yeyə bilərsiniz.

4 mart 2016
GO BACK