Qadin.NET / Çağla Şikeldən sellülitə qarşı maska

Çağla Şikeldən sellülitə qarşı maska

                Hər bir xanım sellülitsiz ayaqlara sahib olmaq istəyir. Məhz buna görə də sizə məşhur topmodel Çağla Şikelin istifadə etdiyi maskanı məsləhət görürəm.

 

Çağla Şikeldən sellülitə qarşı maska

 

Yenicə ana olan Çağla Şikel özünün hazırladığı qarışıqdan istifadə edir. Həmin qarışıq sayəsində onun ayaqları qüsursuz görünüşə malikdir. Çağla Şikelin istifadə etdiyi qarışığın tərkibi kəklikotu, portağal yağı və rozmarindən ibarətdir.

Əgər siz də sellülitsiz ayaqlara sahib olmaq istəyirsinizsə, o zaman bu qarışıqdan istifadə edə bilərsiz.

Qarışığın tərkibi:

10 damcı rozmarin

5 damcı kəklikotu yağı

5 damcı portağal yağı

Bütün bunları qarışdırın. Qarışığı ayaqlarınıza masaj edərək çəkin. Sonra ayaqlarınızı sellofanla sarıyın.

Çağla Şikeldən sellülitə qarşı maska

Bundan başqa, Çağla Şikel sürətli qaçış və rəqslə bədəninin formada qalmasını təmin edir. "Ən vacib olan tərləməkdir" deyən Çağla Şikel gözəl ayaqlarının formasını bu üsullarla qoruyur.

Unutmayın: hər bir qadın gözəldir. Sadəcə, o gözəlliyə bir az dəstək vermək lazımdır. Sağlam və gözəl olun, əziz xanımlar.

 

31 avqust 2012
GO BACK