Qadin.NET / Sellulitlə mübarizə

Sellulitlə mübarizə

Yay başlayıb. Qış boyunca gözə çarpmayan sellulitlərinizi yayda gizlətmək o qədər də asan deyildir. 

Bəs, onlardan qurtulmağı istəyərdinizmi? 

Elə isə oxuyun. 

İlk öncə artıq çəkinizdən qurtulmalisiniz. Gündə ən azı 1,5-2 litr su içilməlidir. Ən sağlam,sizə lazım olan sular: su,adaçayı,ot çayları,suyu sıxılmış meyvə suları və ayran sizin üçün daha faydalı ola bilər.  

Sellulitlə mübarizə

Kola və meyvə suyu kimi konsevrləşdirilmiş içkilərdən az içmək lazımdır. Içməsəniz daha yaxşı olar. 

Turşu,sirkə,duzlu içkilərdən (əsas da duzlu ayran) heç vaxt içilməməlidir. Xəmirdan hazırlanan şirniyyatlar, şokolad, kakaolu fındıqlı şirniyyatlardan,biskvitlərdən uzaq durmaq lazımdır. 

Sellulitlərinizdən qurtulmaq üçün ilk öncə yağlı yeməklərinizi azaltmalısız. Gündə 60 qramdan çox yağ yeməməlisini. Ət olaraq yağsız toyuq əti, balıq və dəniz məhsulları yeyə bilərsiniz. (yağı az olmaq şərti ilə) 

Ətlərin yanında qaynadılmış tərəvəzlər də yeyə bilərsiniz. 

Sellulitlərinizdən evdə də qurtula bilərsiniz: 

İlk öncə bədəninizi  yaxşıca kisələyin. 

Sonra bir stəkan dəniz duzunu kasaya tökün.  Sonra digər kasaya da

duru yağ tökün. İlk öncə əliniz yağa, sonra da dəniz duzuna batırıb sellulitli bölgələrinizi yaxşıca ovun.

Bitirdikdən sonra yenidən duşun altına girin. Duşa girib qurtardıqdan sonra sellulit olan bölgənizə limon suyu sürtün. Həftədə 2 -3 dəfə bunu etsəniz faydasını görərsiniz. 

Bu kremler sellulit kremləridir. Ümid edirəm ki,işinizə yarayar.

28 iyul 2012
GO BACK