Qadin.NET / Sellulitlərlə mübarizə aparan 4 ərzaq

Sellulitlərlə mübarizə aparan 4 ərzaq

1. Qovun
Qovun təxminən 91% -i sudur və sidikqovucu təsirə malikdir. Son bir araşdırmaya görə, qovun suyu buddakı çuxurları azalda bilər. Qovun suyu ekstraktı, 31-50 yaş arası 40 sağlam qadına 56 gün müddətində verildi və bu ərazidə əhəmiyyətli dərəcədə selullitlər yox oldu. Qovun tərkibində yağ və xolesterol yoxdur və şirin yemək istəklərini söndürməyə kömək edə bilər.

2. Acı şokolad
Tünd şokaladın tərkibində antioksidan var. Antioksidantlar sellulitə kömək edən yağ parçalanmasını stimullaşdırır. Ürək-damar sistemini dəstəkləyir və qan dövranını aktivləşdirərək çuxurların azalmasına kömək edir.

3. Zəfəran
Zəfəran qan dövranını yaxşılaşdırmaq və yağ hüceyrələrinin böyüməsini maneə olmaq xüsusiyyətlərinə malikdir. Zəfəran qan dövranını tənzimləyir və portağal qabığının dərinizdəki görünüşünü azaltmağa kömək edir. Nəticədə daha hamar görünən dəriyə sahib olacaqsınız.

4. Qaragilə
Böyük bir antioksidan mənbəyidir. Qaragilə yemək, yağın xolesterol halına gəlməsinin qarşısını alır. Limfa axışını yaxşılaşdırır və sellulitə təşviq edən toksinləri xaric edir. Dərinin görünüşünü yaxşılaşdırmağa kömək edir.

9 sentyabr 2020
GO BACK