Qəhvə
Mütəxəssislər qəhvədən imtina etməyi məsləhət görür, bununla belə günün əvvəlində bir fincan şəkərsiz qəhvə bədənə zərər verməyəcək. Ancaq bu içkini sui-istifadə etməməlisiniz. Kofein selülitin görünüşünü daha aydın göstərə biləcək güclü adrenalin istehsalını stimullaşdırır. Qəhvəni yaşıl çayla əvəz edin. Sonuncu toksinləri və şlakları bədəndən çıxarır, bədən çəkisini normallaşdırır. Bundan əlavə, qanda şəkərin səviyyəsini aşağı salır və sinir sistemi üçün daha faydalıdır. Yaşıl çay da kofein ehtiva edir, lakin bununla yanaşı tərkibində bədəni təmizləyən bir çox antioksidan var.
Rəfinə edilmiş süd
Supermarketlərdəki süd məhsullarının istifadə müddətini uzatmaq üçün tez-tez çox mərhələli emaldan keçir. Nəticədə, orqanizm onu çətinliklə həzm edir və yandırılmamış maddələr qan dövranına soxulur, dərinin altına yığılır, iltihabı, şişkinliyi və nifrət edilən “portağal qabığı” görünüşün əmələ gəlməsində iştirak edir.
Qazlı içkilər
Qazlı içkilərin zərərləri göz qabağındadır - bunlarda şəkərin şok dozası var. Hətta köpüklü mineral su belə selülitin yaranmasına səbəb ola bilir. Qazlar bədəndə su saxlayır və mikrosirkulyasiyanı pozur: odur ki, şişlik və qəbzlik yaranır. Karbonatlı içkiləri qazsız mineral su və ya adi su ilə əvəz edin. Su balansının bərpası ilə birlikdə maddələr mübadiləsi yaxşılaşacaq, dəri daha elastik və hamar olacaq.
Pivə
Bildiyiniz kimi, pivənin tərkibində qadn hormonu sayılan bitki estrogen var. Bu hormon həyati əhəmiyyətli orqanlardan şlakları bədən üçün daha az təhlükəli olduğu yerlərə aparır. Məhz orada selülit əmələ gəlir. Bundan əlavə, alkoqolun iştahanı artırdığını və bir qayda olaraq sağlamlığa faydalı olmadığını nəzərə almalıyıq. Çünki nəticədə dəridə cəlbedici olmayan görüntü meydana gələ bilər.
Aytən Məftun(publika.az)