Qadin.NET / Sellülitə "get" deməyin, "gəlmə" deyin!

Sellülitə "get" deməyin, "gəlmə" deyin!



Sellülit heç bir qadını bəzəmir demək lüzumsuzdur. Axı niyə təbiət heç də xoş olmayan bu fenomeni məhz qadınlara verib?!
İki variant var:
1) Fikir verməmək - çoxu belə də edir,
2) Mübarizə aparmaq - təəssüflər olsun ki, xüsusilə bud və ombada olan bu "portağal qabığı"ndan azad olmaq asan deyil. Gəlin sellülitə göz yummayaq və yaranmasının qarşısını alaq.

Sellülitə "get" deməyin, "gəlmə" deyin!

İlk növbədə əlbəttə ki, pis vərdişlərdən imtina etmək lazımdır - siqaret, alkoqol, qaraciyərin işini çətinləşdirən ağır yeməklər və buna görə bədəndə ifraz olan toksinlər.
İkincisi, bariz olmayan pis vərdişlər - oturaq həyat tərzi - gəzinti və ya yürümək (yaxşı olardı ki, parkda) hər zamanki cədvələ əlavə olunmalıdır.İdman zalını ziyarət rtmək və ya rəqs meydançasına getmək də yerinə düsər.
Mümkün qədər yüksək dabanlı ayaqqabılarla gəzməyin,bu vəziyyətdə ayaqda qan dövranı yavaşlayır.Eyni səbəbdən dar geyimlərdən - elastik corab, dar şalvar, korset və kəmərlərdən uzaq olmağa çalışın. Həmçinin gün ərzində iki litr təmiz su içilməlidir.
Selülitin qarşısını almaq üçün masaj və vannalar da tətbiq edilir.


Portağal vannası
6 portağalın suyu
3 qaşıq badam yağı
0,5 l. isti su
Bunlar qarışdırılıb ilıq su ilə doldurulmuş vannaya tökülür. 20 dəqiqə vanna qəbul olunur.

Beləliklə, sadə məsləhətlərə əməl edərək həyatımızı daha sağlam, görkəmimizi isə daha gözəl edə bilərik.
19 noyabr 2011
GO BACK