"Palm down"
Bu idman qol bölgəsindəki yağları yandırmağa kömək edir. Ayaq üstdə dayanın və ayaqlarınızı çiyin genişliyində açın.
- Qollarınızı iki yana doğru qaldırın və dirsəklərdən bükülü formada dayanın.
- Dirsəkdən yuxarı olan qollarınızı dik tutun. Qollarınız gərgin olmamalıdır. Çiyinlərinizi hərəkət etdirməyin.
- Qollarınızı aşağı doğru hərəkət etdirin və çiyinlərinizi sıxın.
- Əllərinizi qaldırmağa və endirməyə başlayın.
- Sakit formada nəfəs almağa davam edin. Bu idmanı 45 saniyə ilə 1 dəqiqə təkrarlayın.
"Chest fly variation"
Düz dayanın, ayaqları çiyin genişliyində ayırın.
- Qollarınızı yanlara doğru qaldırın və dirsəklərinizi 90 dərəcəlik bucaqla bükün.
- Dirsəkdən yuxarı qollarınızı qabaqda birləşdirin və qollarınızı əvvəlki vəziyyətə geri qaytarın.
- Qollarınız gərgin olmalıdır. Bu məşqi 45 saniyə - 1 dəqiqə təkrarlayın.
"High knees"
Bu məşq, ayaqlardakı əzələləri gücləndirir. Ayaqlarınızı çanaq genişliyində açın.
- Əlləriniz önünüzdə olmalı, dirsəklər bükülmüş, ovucların içi aşağı olmalıdır.
- Sinənizi yuxarı tutun.
- Sol və sağ dizlərinizi sinənizə qaldıraraq sürətlə, ancaq düzgün formada qaçar kimi hərəkət etməyə başlayın.
- İstədiyiniz qədər bu etməyə davam edin, ürək döyüntünüz artırdığı üçün diqqətli olun.