1.Yavaş-yavaş başlayın
Bir anda yemək yeməyə kökəlmə düşüncəsi ilə başlamayın. Bədən daimiliyi sevir. Mədə-bağırsaq problemlərinə səbəb olmadan, vərdiş edə-edə yeməyinizi artırmalısınız.
2. Porsiyalarınızı böyüdün
Əsas qayda bədənin yandırdığından daha çox kalori qəbul etməkdir. Porsiyalarınızı böyüdün.
3. Qeyri-sağlam qidalar yeməyin
Qeyri-sağlam qidalarla tez kökələ bilərsiniz. Amma bu qalıcı olmadığı kimi bir çox sağlamlıq problemlərinə yol aça bilər.Bol protein qəbul etməyi unutmayın.
4. Yüksək kalorili içkilər için
Yüksək kalori içkilər dedikdə kola və başqa qazlı içkiləri nəzərdə tutmuruq. Həm protein, həm də karbohidrat baxımından zəngin olan içkilər için. Banan, süd, yer fıstığı, bal və yulafı blenderdən keçirib səhər və gün ərzində içə bilərsiniz.
5. İdmanla məşğul olun
Əzələ çəkisini artıran idmanlarla məşğul olun. Sizə uyğun idman növü tapmaq üçün mütəxəssislə məsləhətləşin.