Qadin.NET / Kökəlmək istəyən xanımlara

Kökəlmək istəyən xanımlara

Kökəlmək istəyən xanımlara

Həddindən artıq arıq olmanın bir neçə səbəbləri vardır. Bunlar qalxanvarı vəzinin sürətlə işləməsi, bağırsaqlarda olan parazitlər, bağırsaq iltihabı, genetik və psixosomatik səbəblər və s. ola bilər. Ən əsas səbəbi həkim doğru söyləyə bilər. Çünki, hər xəstənin fərqli cəhətləri vardır.
Aşağıda sizlərə türk doktoru İbrahim Saracoğludan hədsiz arıq olanlar üçün məsləhətləri təqdim olunur.
* 1 həftə boyunca səhər yeməyi ilə günorta yeməyi arasında yarım stəkan su ilə çeynəmədən 3-4 ədəd mixək udulur. 7 gün tamamlandıqdan sonra aşağıdakı qaydalara başlanır.
* Yeyəcəyiniz hər növ ətlə birgə (qoyun,dana,balıq və ya toyuq) mütləq orta ölçüdə bişmiş pomidor yeyilməlidir.
* Yeməklərin yanında buğdadan bişirilmiş çörək yeyin (kəpəkli olmasın). 1 ay boyunca h
ər gün 10-15 ədəd püstə yeyin.

* Meyvələrdən daha çox təzə ağ üzüm və banan yeyin.
* Hər günorta yeməyində mütləq təzə qaynadılmış kartof yeyin.
* Acı olmamaq şərtilə salatınızdan bolqar bibərini əskik etməyin.
* Hər axşam yeməyindən sonra bir fincan melissa çayı için.
* Hansı meyvəni yesəniz, mütləq bir kasa qatığın içərisinə doğrayıb yeyin.
* Hansı südlü şirniyyatlardan yesəniz, üzərinə darçın səpin.
* İş yerinizdə və ya evinizdə süfrəyə tək oturmamağa çalışın.
* Hər gün mütləq 20 dəqiqə gəzin. Bir ay ərzində h
ər gün eyni saatlarda yürüməyə çalışın.

Kökəlmək istəyən xanımlara

Qadağalar:

* Gündə 2 stəkandan artıq çay içmək olmaz.
* Turşu, istiot və süddən uzaq durun.
* Yuxarıda yazılanlara əməl edərkən, yaşıl noxud, ispanaq, kələm, noxud yeyilməməlidir.

4 iyul 2013
GO BACK