Qadin.NET / Formada qalmaq üçün 4 tövsiyə

Formada qalmaq üçün 4 tövsiyə

 

1. Qadağalarla dolu olan pəhrizlərdən uzaq olun

Bu növ pəhrizlər qısa müddətə arıqlamağa kömək etsə də, uzun müddət davam etdikdə zərərli olur. Sağlam həyat tərzinə sahib olmağa çalışın. Sizə lazım olan, gündəlik ehtiyacınız olan qidalarla sağlamlığınızı qoruyun.

 

Formada qalmaq üçün 4 tövsiyə

 

 

2. Qeyri-sağlam qidalarla vidalaşın

Mətbəxiniz qeyri-sağlam qidalarla doludursa, onu yeməyə meyil edərsiniz. Amma sağlam həyat tərzinə başlamağa qərar vermisinizsə, onları mətbəxinizdən çıxarın. Bəhanələrdən uzaq olun. 

 

Formada qalmaq üçün 4 tövsiyə

 

 

3. Hər gün ən az 30 dəqiqə idman

Hər gün hərəkət etmək çox vacibdir. İdman qan dövranını yaxşılaşdırır. Stresdən və bədən ağrılarından qoruyur. Hər gün 30 dəqiqə çox görünə bilər. Amma günorta yeməyindən sonra yürüşə çıxın və o gün üçün məşqi bitirin. 

 

Formada qalmaq üçün 4 tövsiyə

 

 

 4. Enerji sərf edin

Dostunuzla və ya ailənizlə gün keçirib, daha enerji xərcləməyə çalışın. Hər həftə əyləncəli fəaliyyət növü tapın. 

Formada qalmaq üçün 4 tövsiyə

30 noyabr 2019
GO BACK