1. İdmandan əvvəl və sonra isinmə hərəkətləri edin
Bədənizin tam olaraq idmana hazır olduğunu hiss etmədən idmana başlamamalısınız. İsinmədən idmana başladığınız halda zədələnmə halları baş verə bilər. Sadəcə 15 dəqiqənizi ayıraraq isinmə hərəkətləri sayəsində əzələ ağrılarından xilas ola bilərsiniz.
2. Özünüzü həddindən artıq yormayın
İdmana başlayarkən nə qədər dözə biləcəyinizi bilməlisiniz. Əgər bacardığınızdan daha çoxunu etməyə çalışsanız, əzələlərinizi yora bilərsiniz. İdman edərkən hərəkətlərin çətinliyi yavaş-yavaş artırmalısınız.
3. Bol-bol su için
Ən az 8 stəkan olmalı olan gündəlik su qəbulu idman edərkən artırılmalıdır. Nə qədər çox su içsəniz, o qədər çox toksini atar və ağrı riskini azaldar.
4. İdman hərəkətlərini düzgün etməyə diqqət edin
Əgər idman hərəkətlərini necə düzgün edəcəyinizi bilmirsinizsə, mütləq məşqçidən dərs alın. Əks halda idman hərəkətləri əzələlərinizi zədələyə bilər.