Qadin.NET / Bud əzələlərini gücləndirən 3 idman hərəkəti

Bud əzələlərini gücləndirən 3 idman hərəkəti

 

Oturub-durma hərəkəti

Ayaqlarınızı aralayın, oturacağa oturacaqmış kimi dizlərinizi qatlayaraq oturun. Onurğanızı və kürəyinizi dik tutmağa çalışın. Dizləriniz, ayaq barmaqlarınızı keçmədən ayağa qalxın. Oturarkən əllərinizi önə doğru uzadın və ayağa qalxarkən yana endirin.

 

Bud əzələlərini gücləndirən 3 idman hərəkəti

 

 

Dörd ayaq

Dizlərinizə zərər verməmək üçün yoqa döşəyi və ya yumşaq bir döşəmədə əl və dizlərinizin üstünə çökün. Onurğanızı düz, yerə paralel tutun və duruşunuzun sağlam olmasını təmin etmək üçün qarın əzələlərini yığın. Əgər bu poza sizin üçün rahatdırsa, qollarınız qabağa uzadılmış formada başlaya bilərsiniz. Bir ayağınızı qaldırıb yerə dəymədən yuxarı və aşağı hərəkət etdirin. Eyni hərəkəti digər ayağınızla da edin.

 

Bud əzələlərini gücləndirən 3 idman hərəkəti

 

 

Körpü

Düz formada kürəyi üstdə uzanın və ayaqlarınızı bir-birindən aralı, dabanlarınız yerə dəyəcək formada ayaqllarınızı qatlayın. Qollarınız düz formada yanınızda durmalıdır. Bud və qarın əzələlərini dartaraq özünüzü yavaşca yerdən yuxarı qaldırın. Əzələriniz dartılmağa başlayana qədər qalxmağa davam edin. Yavaş-yavaş yerə enin və kürəyinizin üstündə dincəlin.

 

Bud əzələlərini gücləndirən 3 idman hərəkəti

 

 

 

6 oktyabr 2019
GO BACK