Qadin.NET / Qarın yağlarını əridən 3 idman hərəkəti

Qarın yağlarını əridən 3 idman hərəkəti

 

1. CRUNCHES

Qarın əzələlərini işlətmək üçün ideal hərəkətdir. Yerə uzanıb dizləri xəfif bükərək ayaqları döşəməyə dəydirin. Əlləri sərbəst və rahat formada başın altına və ya çarpaz formada sinənin üstünə qoya bilərsiniz. Yatmış pozada nəfəs alın, yuxarı hərəkət etdikcə nəfəs verilir. Hərəkət əsnasında qarnınızda xəfif yanma hiss edəcəksiniz. Bu normaldır.

 

Qarın yağlarını əridən 3 idman hərəkəti

 

 

2. FLUTTER KİCKS

Bu hərəkəti edərkən yerə kürəyi üstdə uzanın və əllərinizi başınızın altına qoyun. Çiyinlər xəfif qalxana qədər başınızı qaldırın. Eyni zamanda ayaqları da yerdən 15 sm yuxarı qaldırın. Sol ayağınızı görə sağ ayağınız biraz daha yuxarıda olsun. Sonra eyni hərəkəti sol ayaq üçün edin.

 

Qarın yağlarını əridən 3 idman hərəkəti

 

 

3. Ayaqlarla dairə cızma

Əlinizi bədənizə bitişik formada tutub kürəyi üstdə uzanın. Sağ ayağı bacardıqca dik pozada qaldırın. Ayaq barmaqları tavana doğru uzanır kimi dartınmalıdır. 10-16 saniyə bu  hərəkəti digər ayağa da edin.

 

Qarın yağlarını əridən 3 idman hərəkəti

 

3 avqust 2019
GO BACK