Stressiz iş gününə hazırlaşmaq üçün 10 dəqiqəlik yoqa məşqi ilə məşğul ola bilərsiniz.
- Diz çökün, sonra dizlərinizi geniş açıb ayaq barmaqlarınızı bir-birinə dəydirin.
- Əllərinizi uzadın və yerə dəydirin.
- Diqqət dağıtmağı buraxıb yoqa məşqlərinə diqqət cəmləyin və təxminən 3-5 dərin nəfəs alıb verin.
- Şəkildəki pozada qalxın.
- Əllərinizə və dizlərinizə bərabər ağırlıq verin, ayaqllarınızı rahatladın, qarın əzələlərinin bağlayın və onurğanızı uzadın.
- Baxışlar əllərinizin arasında olacaq formada dayanın.
- Kürəyinizin ortası tavana çəkilirmiş kimi, kürəyinizin üst qismini yuvarlamaq üçün əllərinizə basdırın.
- Başını rahat buraxın və çənənizi sinənizə doğru soxun və qarnınızı içəri çəkin.
- Qarnınızı endirin və sinənizi qaldırın.
- İləriyə baxmaq üçün və ya yuxarı baxmaq üçün baxışlarınızı qaldırın və belinizi oyuqdan çıxarın.
- Çiyinlərinizi geniş açın.
- Əllərinizi iləri doğru sürüşdürün, ayaq barmaqlarınızı altından burun və ayaqlarınızı qaldırın.
- Şəkildəki formada 3-5 nəfəslik dayanın.
- Ayaqlarınızı yavaşca əllərinizə doğru sürüşdürün və çiyin genişliyini bir-birindən ayırın.
- Bədənizi rahatladın. Dizlərinizi bükməyin və düzəltməyin necə hiss olduğunu anlayın. Bir neçə nəfəs alın.
- Dirsəkləriniz bədənin hər iki tərəfinə çiyin bərabərliyində bükün və sinənizi yuxarı qaldırın.
- Qəlbinizi tavana doğru açarkən çiyinlərinizi aşağı dartın.
- Nəfəs almaq üçün dayanın. Sonra yenidən ayağa qalxın.