Qadin.NET / İdman edərkən nəyə diqqət etməli?

İdman edərkən nəyə diqqət etməli?

 

İdman edərkən nəyə diqqət etməli?

İdman edərkən nəyə diqqət etməli?

-İdmana başlayarkən isinmə hərəkətləri ilə başlayıb, soyuma hərəkətləri ilə idmanı sonlandırın.

- İdman aşağı tempo ilə başlayıb, zamanla temponu artırın.

- İdman edərkən ortopedik ayaqqabılar, rahat ayaqqabılar istifadə edin.

- Havaya görə rahat, bədəni çox sıxmayan pambıqlı geyimlərdən istifadə edin.

- İsti və nəmli günlərdə səhər və ya axşam saatlarında idman etməyə çalışın.

- idman edərkən nəfəsinizə fikir verin.

-Yeməkdən dərhal sonra  və ya aç halda idman etməyin.

- İdman edərkən su içməyi unutmayın. 

İdman edərkən nəyə diqqət etməli?

Əgər arıqlamağı qarşınıza məqsəd qoymusunuzsa, yediklərinizə də diqqət etməlisiniz. Bu zaman daha çox kalori itirəcək və ideal çəkini qoruya biləcəksiniz. Həmçinin həftə ərzində idmanla nə qədər məşğul olduğunuz da önəmlidir. Mütəxəssislərin fikrincə, həftədə 2-3 saat, ya da hər gün 30 dəqiqə fitneslə məşğul olmaq lazımdır. Əgər ağır məşqlər edirsinizsə, o halda hər gün 10-15 dəqiqə idman kifayət edir. Hər gün idmanla məşğul ola bilmədikdə isə daha çox hərəkətdə olmağa çalışın, ya da 10-15 dəqiqə təmiz havada yeriyin.

İdman edərkən nəyə diqqət etməli?

Onu da qeyd edək ki, bədəni idmana uşaqlıqdan öyrətmək lazımdır. Bəzən valideynlər hərəkətdə olan uşağın sakit durması üçün ona acıqlanırlar. Halbuki uşaqların bu cür davranışları təbiidir, onların enerjisi daha çox olduğu üçün onu hara və necə xərclədiyini bilmirlər və daim hərəkətdə olurlar. Uşaqların enerjisini sərfəli şəkildə xərcləməsi üçün onları uşaqlıqdan idmana yönləndirmək məqsədəuyğundur. Hətta gün ərzində uşaqlara böyüklərdən daha çox idman etməyə icazə verilir. 5-18 yaş arası uşaqlar gün ərzində 1 saat idman edə bilərlər.

 

28 mart 2019
GO BACK