1. Plank harəkəti
Plank məşqi evdə tək edə biləcəyiniz ən təsirli idmanlardan biridir. Həddindən artıq enerji sərf etmədən, göz nəticələr əldə edə bilərsiniz. Xüsusilə, bud və qarın əzələlərinizi gücləndirir.
Bu sürətli yağ yandıran hərəkəti idmana yeni başlayanlar necə etməlidir?
- Qollarınızın ön tərəfini yerə qoyun, dirsəklərinizi çiyinin altına keçəcək formada yerləşdirərək başlayın
- Qolları bir-birinə paralel tutun.
- Jim pozasında dayanıb bədənizi yuxarı qaldırın.
Bu pozada təxminən 30 saniyə qalın. Qarşıdakı günlərdə davamlı etdikcə, saniyəni artırın.
2. Velosiped hərəkəti
Necə etməli?
- Kürəyi üstdə uzanın 90 dərəcə bucaqla dizlər qalxır.
- Əllər başın arxasında, qarın əzələləri sıxılır, gövdə xəfif yuxarı qalxmalı.
- Ayaqları velosiped pedalı çevirir kimi hərəkət etdirməli.
- Bu hərəkəti 7 dəfə təkrar edin.