Dartınma
Dik formada oturun. Ayaqlarınızı, çiyinlərinizdən daha geniş olacaq formada açın. Qollarınızı yanlara doğru düz şəkildə açın. Çiyinlərinizi 90 dərəcə döndürün və sağ əlinizlə sol ayağınıza toxunmağa çalışın. Başlanğıc pozasına geri qayıdın, sol əlinizlə təkrar edin. Hərəkəti, hər iki yanda 30 dəfə təkrar edin. Kürəyinizi dik saxlayın.
Yanlara əyilmə hərəkəti
Şəkildəki kimi dayanın. Bir tərəfə doğru əyilin, əyilərkən qolunuzu əyildiyiniz tərəfə yönəldin. Sonra digər tərəfə eyni hərəkəti təkrar edin. Bu halda səkiz saniyə qalın. Hərəkəti 15 dəfə təkrar edin.
Üzmə hərəkəti
Baldırlarınızı birləşdirin üzü üstdə uzanın. Qollarınızı və ayaqlarınızı iləriyi doğru uzadın. Qollarınızı, ayaqlarınızı, sinənizi və başınızı qaldırın. yerə dəymədən sağ qol/sol ayaq, sol qol/sağ ayaq qaldırmağa cəhd edin. 20 dəfə edin.