Kobra hərəkəti
Bədənin üst qismini işlədir. İlk dəfə edəndə çətin görünsə də, zaman keçdikcə asanlaşacaq.
Qarnınızın üstünə uzanın. Əllərinizi birləşdirin. Bədənizi və başınızı qaldırın. Başınızı qaldırarkən dirsəklərinizi yanlara doğru tutmağa çalışın. Ayaqlarınızın bitişik olduğundan əmin olun.
Tenis topu
Sinə əzələrini işlədən, ən yaxşı hərəkətlərdən hesab olunur.
Ayaqlarınızı çiyin bərabərliyində açın və dik dayanın. Tenis topunu sinə bərabərliyində ovuclarınızın arasında tutun. Tenis topunu ovuclarınızın içində sıxarkən qollarınızı bir-birinə doğru itələyin, rahatlayın və təkrar edin.
Kitab məşqi
Bu hərəkət sinə əzələlərinizi sıxlaşdırar və kürəyinizi gücləndirər.
Ovuc içlərini yuxarı baxacaq formada yuxarı doğru uzadın. Hər ovuc içinə bir kitab qoyun. Qollarınızı yana doğru açın və sonra qarşınızda birləşdirin.