Rahatlıq sahəsindən kənara çıxın
Məşqlər zamanı rahat olduğunuz yerlərdən kənara çıxmaq əzələlərinizi yeni şərtlərə uyğunlaşmağa vadar edəcək. Buna görə ağırlıq hədəflərinizi artırmaq üçün gözləməyin və bir an əvvəl əzələlərinizi çətinliyə salın.
Sizi motivasiya edən tərəfdaş tapın
Məşq əsnasında yanınızda olacaq tərəfdaş tapın. O sizi istiqamətləndirə və motivə edə bilər.
Motivasiya olun
Bacaranla bacarmayan arasında ən böyük fərq fikirləri hərəkətə çevirə bilməkdir və bu da motivasiya ilə olur. Motivasiyanı sizin kimi düşünən insanlarla tanış olaraq tapa bilərsiniz. Online qruplarda əzələ yığmaq istəyən başqalarını tapa bilərsiniz.
Kalorili qidalarla qidalanın
Əgər çəki artırmaq çətinlik çəkirsinizsə, qidalanmağınıza daha çox diqqət edin. Günlük tərəvəz və meyvələrdən əlavə şəkərli içkiləri və çayları istifadə edin. Bu qidalar bol-bol kalori almağınıza kömək edəcək.