Qadin.NET / İncə bel üçün 9 dəqiqə sərf edin

İncə bel üçün 9 dəqiqə sərf edin

 

Vakum hərəkəti

Bu idmanı ac qarnına etməlisiniz. Kürəyi üstdə uzanın, ayaqlarınızı bükün, qolları iki yana yerləşdirin. Ağzınızdan dərin nəfəs alın, qarnınızı onurğanın ön divarına basdıraraq havanı sərbəst buraxın. Bu halda 15 saniyə dayanın və rahatlayın. Bu hərəkəti 3-5 dəfə təkrar edin.

İncə bel üçün 9 dəqiqə sərf edin

* Mədə problemləri olanlar, astma, onurğa və ürək problemləri olanlar da bu hərəkəti etməməlidir.

 

 

Bükülmə hərəkəti

Ayaqlarınızı çiyin enində geniş açın. Belinizi önə əyərək döşəməyə toxunun. Əllərinizi yerə basdıraraq geriyə doğru bükün. Bu hərəkəti 15-20 dəfə təkrar edin. 

İncə bel üçün 9 dəqiqə sərf edin

 

 

Mekik hərəkəti

Yerə uzanın və dizlərinizi xəfif bükün. Üst vücudunuzu yerdən qaldırın və tez başlanğıc nöqtəsinə qayıdın. Bu hərəkəti 12-15 dəfə təkrar edin.

İncə bel üçün 9 dəqiqə sərf edin

* Gastrit, revmatizması və öd kisəsində problemlər olanlar bu hərəkəti etməsin. 

 

 

Plank

Vücudunuzu ayaq barmaqları və dirsəkləri üzərində gərgin bir formada tutun. 30 saniyə ara ilə 2-3 dəfə təkrar edin.

İncə bel üçün 9 dəqiqə sərf edin

* Əgər hər hansı əməliyyat keçirmisinizsə (altı aya qədər), ürək-qan damar problemləriniz var bu hərəkəti etməyin.

 

 

Gərilmə hərəkəti

Ayaqlarınızı 30-35 sm aralığında tutun və qollarınızı açın. Nəfəs alaraq sanki oturacaqmısınız kimi əyilin. Sol əlinizi qaldırın, sağ ayağınız gərgin saxlayın. Vücudunuzu biraz sağa bükün və bu pozada 8 saniyə qalın. Bu hərəkəti hər iki tərəf üçün 2-3 dəfə təkrar edin.

İncə bel üçün 9 dəqiqə sərf edin

 

1 mart 2018
GO BACK