Məşqdən sonra, düzgün qidalanmanın sizə necə faydalı ola biləcəyini anlaya bilmək üçün, bədənizə fiziki fəaliyyətin necə təsir etdiyini bilmək lazımdır. İdman etdiyiniz zaman, əzələləriniz enerji üçün glikojendən istifadə edir. Bunun nəticəsində əzələlərimizdəki glikojen kanalları boşalır. Əzələlərinizdəki zülallar parçalanır, zədə alırlar. Məşqdən sonra bədən, glikojen kanallarını təkrar doldurmağa, təmir etməyə, böyüməyə çalışır. İdmandan sonra düzgün qidalanmaq, bu müddəti sürətləndirəcək.
İdmandan sonra ac qalan əzələlərə zülal və karbonat göndərilməlidir. Doğru zülal və karbonat mənbələrini istifadə etmək idmandan aldığınız təsiri artıracaqdır. İmandan sonra seçəcəyiniz yemək ən yaxşı protein mənbələrindən biri toyuq əti və bəsit karbonatlarıdır (düyü, makaron, kartof). Toyuq ətini idmançıların çox yeməklərinin səbəbi, tez həzm olunmasıdır. Toyuq ən tez həzm olunan zülal mənbələrindən biridir. Toyuğun döş əti, qida dəyərləri baxımından digər ətlərdən daha üstündür. Zülalla zəngindir, yağ və kaloriya baxımından isə yoxsuldur. 1 nəfərlik toyuq əti, bədənin gündəlik fosfor və selenium ehtiyacının 20%-ni qarşılayır.
Karbonatlar da zülal qədər əhəmiyyətli rol oynayır. Təxminən 1 saatlıq sərt bir məşqdən sonra bədəndəki glikojen kanalları boşalır. Bədən bu zaman enerjini qarşılamaq üçün əzələlərdən istifadə edir və əzələ yıxılımı başlayır. Məşqdən sonra şəkər, düyü, makaron və başqa qəbul edilən bəsit karbohidronatlarla, bədən formada qalır.