Qadin.NET / Ən asan və arıqladan idmanlar

Ən asan və arıqladan idmanlar

 

İş sonrası edəcəyiniz 15 dəqiqəlik gəzinti, həyatınızdan lifti çıxartmağınız və gecə yatmadan əvvəl vərdiş halına gətirəcəyiniz məşqlər bədəninizi formada saxlamağa və yağları əritməyə kömək edəcəkdir.

 Çəki azaltmaq üçün idman salonlarında saatlarla məşq etməyə ehtiyac yoxdur. Sağlam qidalanma və pərizlə bərabər gündəlik həyatınıza daxil edəcəyiniz bir neçə hərəkət, həm çəki atmağınıza, həmdə sağlam həyat tərzinin açarı ola bilər.

 

Ən asan və arıqladan idmanlar

 

Gəzmək üçün fürsət yaradın!

Çəki atmaq və sümük sağlamlığına diqqət etmək üçün ən yaxşı məşq gəzintidir. Həm xərcsiz, həmdə zəhmətsiz açıq hava gəzintisinin bədənə etdiyi təsir qədər, ruh vəziyyətinizə də təsir edəcək. Gündəlik yarım saat gəzintini vərdiş halına gətirən insanlar, bu məşqin nə qədər faydalı olduğunun və təsirinin bir müddət sonra fərqinə varacaqlar.

 

 

Ən asan və arıqladan idmanlar

 

Xalçada qarın əritmə hərəkətləri;

Ən asan məşqlərin başında gələn qarın əritmə hərəkəti, qarın bölgəsi yağlarının ən böyük düşmənidir. Gündəlik vərdiş halına gətirəcəyiniz qarın əritmə hərəkətlərini 15 dəfə təkrarlayın. Bədəniniz öyrəşməyə başlayanda bu rəqəmi artırın və fərqi görün. Arxası üstə uzanın və kürəyinizi yerə yapışdırın, sonra əllərinizi boynunuzda birləşdirərək, ayaqlarınızı yerə basaraq özünüzə tərəf çəkin. Çiyinləri yerə sabit və qolları paralel halda saxlayın.

 

 

Ən asan və arıqladan idmanlar

 

Squat, bildiyimiz diz çökmə;

Ən çətin, amma ən faydalı hərəkətlərdən biri olan squatda ayaqlar çiyin bərabərliyində açılır. Yuxarı qalxıb, aşağıya enin. İstəsəniz əlləri boyun arxasında birləşdirin, istəsəniz də iləri uzadın. Daha sonra dizləriniz 90 dərəcə bucaq formasında oturun və qalxın.

 

 

Ən asan və arıqladan idmanlar

 

İstər hovuzda, istərsə də dənizdə üzmək;

Bütün bədən əzələlərini işlədən üzmək həm çəki atmaq, həm də sümük sağlamlığı üçün olduqca faydalıdır. Hər yaş qrupunda olduqca faydalı olan üzmə, 1 saata 400 ilə 700 arası kaloriya əriməsini təmin edir.

10 noyabr 2017
GO BACK