Qadin.NET / Gözlər üçün idman hərəkətləri

Gözlər üçün idman hərəkətləri

 

Gözlərinizi əllərinizlə bağlayın

Dirsəyinizi masanın üzərinə qoyun. Gözlərinizi ovuc içlərinizlə bağlayın. Rahat olun və qaranlığa baxın. Bu formada bir neçə dəqiqə gözləyin.

Gözlər üçün idman hərəkətləri

Yanlara doğru baxma

Düz durun ya da oturun. Tam qarşıya baxın. Başınızı hərəkət etdirmədən sola baxın və gördüyünüzə diqqətlə baxın. Ardınca sağa baxın və diqqətlə baxın. Bu hərəkəti beş dəfə təkrar edin.

Gözlər üçün idman hərəkətləri

 Yuxarı - aşağı baxma

Düz oturun və iləriyə baxın. Beş dəfə yuxarı və aşağı baxın.

 

Diaqonal hərəkət

Tam qarşıya doğru baxın. Aşağı və sola baxın. Sonra gözlərinizi dairəvi şəkildə hərəkət etdirin və sağa - yuxarı baxın. Bunu beş dəfə təkrar edin

Gözlər üçün idman hərəkətləri

Bir dairədə yuvarlama hərəkəti

Oturun və rahat olun. Sola baxın və gözlərinizi yavaşca saat istiqamətində bir dairə cızaraq dövr etdirin. Saat istiqamətində beş dəfə, sonra saat istiqamətinin tərsinə beş dəfə edin.

 

 

12 oktyabr 2017
GO BACK