Qadin.NET / Rəqs edərək formada qalın

Rəqs edərək formada qalın

Çəkilər qadınların əzəli kabusudur. Bəs rəqs edərək əyləncəli bir şəkildə çəki verə biləcəyinizi, formanızı qoruyacağınızı bilirsinizmi? Mütəxəssislər hər zaman dieta və sağlam qidalanmanın yanında idman etməkdə tövsiyə edir. Amma mən idman sevmirəm deyirsinizsə, sizə əyləncəli bir tövsiyə təqdim edirik:

Oriental

Türk mədəniyyətinin ən qədim rəqslərindən biridir. Hərəkətləri, xüsusilə, bel bögəsində incəlməyə, formada qalmağa qatqısı böyükdür. Bir cür əridə bilmədiyiniz qarın yağlarını bu rəqslə əridə bilərsiniz. Bunun üçün kursa getmək vacib deyil. Evdə musiqi açıb, rəqs edə bilərsiniz. 

Rəqs edərək formada qalın

Zumba

Zumba son zamanların ən qiymətli rəqslərindən biridir. Hər yerdə bu rəqsdən danışılır. Zumba rəqsə hərəkətlərini əlbəttdə evdə də edə bilərsiniz, amma toplu halda daha əyləncəli olacaqdır. Mümkünsə kursa gedin.

Rəqs edərək formada qalın

Salsa

Bu rəqs də olduqca hərəkətlidir. Salsa üçün bir partnyora ehtiyacınız olacaq. Əgər sevdiyiniz də çəkilərindən xilas olmaq istəyirsə cütlük dəvətlərinə qatıla bilərsiniz.

Rəqs edərək formada qalın

Tanqo

Tanqoya eşqin rəqsi də deyirlər. Bu rəqs sadəcə kaloriya azaltmır, eyni zamanda eşqinizi də yeniləyəcək.

Rəqs edərək formada qalın

11 iyul 2018
GO BACK