Qadin.NET / Məşqlər depresiyadan qoruyur!

Məşqlər depresiyadan qoruyur!

Məşqsiz, nizamlı olaraq edilən fiziki hərəkətlər olaraq adlandırılır. Qısa olaraq; təkrarlı və nizamlı bir şəkildə edilən bədən hərəkətlərdir. Bu fiziki hərəkət ümumi olaraq sağlamlığın qorunması və davamlılığında ən vacib bir ünsürdür.

Məşqlər depresiyadan qoruyur!

Məşqlərin müsbət təsirləri:

- Əzələ qüvvətlənməsi, elastikliyi,

- Çəki atma və qoruma,

- Ürək-damar və tromboz riskində,

- Qan yağ və qlikozanın aşağı salınması,

- Psixoloji vəziyyətin və yuxu sistemində düzəltmə,

- Xroniki ağrını azaltma olaraq sıralana bilər.

Ayrıca məşqlər insanın özünə öz hörmətini yüksəldərək stress üsulu üzərində təsirli olur və depresiya, zehni gərginlik azaldır.

Psixoloqlar, gəzinti və qaçış edən insanlar üzərində həm depresiya, həm də fiziki faydalarını ortaya qoyan bir çox çalışmalar edilmişdir. Eyni zamanda xroniki ağrı üzərində müəyyən müsbət dəyişikliklər yaratdığını göstərən çalışmalar da tapılır. Araşdırmalara görə, qısa müddətli məşqlər belə ağrı hissini azaldan və bədən tərfindən təmin edilən bəzi ağrı kəsici maddələrin olduğunu (endorfin) təsbit edilmişdir.

Məşqlər depresiyadan qoruyur!

Güclü bir bədən güclü bir ruhi tarazlıq gətirir

Bədən formunuzu nə qədər gücləndirsəniz, fiziki olaraq özünüzü nə qədər inkişaf etdirsəniz, bu nəticə sizin stressə girməyinizin qarşısını alacaqdır. Yəni məşq edərək sadəcə yaxşı bir görünümə sahib olmaqda qalmayıb, daha ətraflı baxış bucağı yaratmağı, problemlərə fərqli tərəflərdən yaxınlaşmağı, tez və düzgün düşünmə bacarığını inkişaf etdirəcəksiniz.

Məşqlər depresiyadan qoruyur!

Həftədə 2-4 gün 20-30 dəqiqə nizamlı məşq etmək şərtdir

Psixoloji sağlamlığımızın davamlığı üçün ediləcək məşqin, aerobik olaraq həftədə 2-4 gün və ən az 20-30 dəqiqə, nizamlı edilməsi lazımdır. Məşq 8-12 həftə içərisində təsirini göstərir. Qrup çalışmaları ilə yalnızlıq duyğusunun azalacağını da unutmamaq lazımdır.

12 may 2017
GO BACK