Qadin.NET / Yoqa haqqında bilmədikləriniz

Yoqa haqqında bilmədikləriniz

Yoqa haqqında bilmədikləriniz

1. Yoqa hər kəs üçündür.

Yoqa fiziki bir hərəkət olaraq görünsə də, əsasən daxili dünyaya olan bir səyahətdir. Birlik və ağrıların sakitləşməsidir. Hər kəsin artıq atması lazım olan düşüncələri var. Hər kəsin özü ilə baş-başa qalmasını lazım olan zamana və hər kəsin özünü sevməyə ehtiyacı vardır.

Yoqa haqqında bilmədikləriniz

2. Bağlılıq yaradır.

Bu vəziyyət mükəmməldir. Yoqa zehin, bədən və ruh üçün inanılmaz faydalıdır.

Yoqa haqqında bilmədikləriniz

3. Yoqa dərslərinə qatılmaq üçün çətin hərəkətləri etmək məcburiyyətində deyilsiniz.

İnsanlar ümumilikdə elastik olmadıqları üçün yoqa dərslərinə qatılmaq istəmirlər. Unutmayın ki, bu sizin səyahətinizdir. Edə biləcəyiniz qədərini edin və bunun üçün bədəninizə təşəkkür edin.

Yoqa haqqında bilmədikləriniz

4. Yoqa siz nə istəyirsinizsə, odur.

Yoqa haqqında hər kəs fərqli şeylər fikirləşir. Bunun səbəbi yoqanın daxilə bir səyahət olmasıdır. Sizə tövsiyə öz daxilinizə qayıdıb, yoqanın sizə nə ifadə etdiyini özünüzün kəşf etməyinizdir. 

Yoqa haqqında bilmədikləriniz

5. Yoqanı studiya xaricində də edə bilərsiniz.

Stresli olduğunuz zamanlarda, yoqa dərsərinizi xatırlayın. Gözlərinizi bağlayın və nəfəs alıb-verin. Bunun sizi sakitləşdirdiyini görəcəksiniz. Dik oturun, ətrafınızdakı insanlarla və dünya il əlaqə qurmaqdan çəkinməyin. Hər şeydən vacibi özünüzü sevin.

Yoqa haqqında bilmədikləriniz

6. Nəfəs almağı unutmayın.

Ümumi olaraq sadəcə nəfəs alın. Nəfəs bədənimizdə nələr olub-bitdiyini göstərir. Stresli bir anda nəfəsimiz çox sürətli, sakit bir anımızda nəfəsimiz daha uzun müddətlidir. Praktikada, xüsusilə, çətin hərəkətlərə sıra gəldiyində nəfəsinizi yoxlamağı unutmayın. Bunu həyatınızda da edin.

7 may 2017
GO BACK