Qadin.NET / Ayaq ağrısı üçün məşqlər

Ayaq ağrısı üçün məşqlər

 

Ayaq ağrısı üçün məşqlər

Tenis topu masajı

Ayaqlarınızın altına bir tenis topu yerləşdirin və tarazlığını qorumaq üçün divardan tutun. Topu ayağınızın altında hərəkət etdirin və bu zaman topun üzərinə ağırlığınızı saldığınızdan əmin olun. 

Ayaq ağrısı üçün məşqlər

Ayaq barmaqlarınızı rahatladın

Bütün ayaq barmaqlarınızı, əl barmaqlarınızın köməyilə bacardığınız qədər bir-birindən ayırın. Hər bir barmağınızın arasına bir əl barmağınızı yerləşdirin.

10 saniyəyə qədər bu şəkildə dayanın və digər ayaq üçün də eyni şeyi təkrar edin.

Ayaq ağrısı üçün məşqlər

Topuq və barmaq qaldırma

Tarazlığınızı qorumaq üçün bir divara ya masaya tutunun. Barmaqlarınızın üzərinə qalxın və 10 saniyə gözləyin. Daha sonra ağırlığınızı topuğunuzun üzərinə verin və barmaqlarınızı qaldırın; bu şəkildə də bir neçə dəqiqə dayanın. Bu hərəkəti bir neçə dəfə təkrar edin.

Ayaq ağrısı üçün məşqlər

Çılpaq Ayaq məşqi

Düz olmayan, girintili olan yerlərdən çılpaq ayaqla gəzmək əzələlərinizə yaxşı təsir edəcəkdir. Əgər bu məşqi həyətdə edə biləcək mühitə sahib deyilsəniz, evinizdə yastıqlarla, qatlanmış dəsmallarla da özünüz üçün girintili yer düzəldə bilərsiniz.

10 dəqiqə ilə başlayın və ayağınız gücləndikcə zamanı pillə-pillə artıra bilərsiniz.

Ayaq ağrısı üçün məşqlər

 

 

 

5 aprel 2017
GO BACK