Yoqa
Həm bədəniniz, həm də zehniniz eyni anda idman etsin istəyirsinizsə, stresli yaşadığınıza görə fiziki yorğunluq hiss edirsinizsə və çox enerji tələbə etməyən idman istəyirsinizsə, yoqa tam sizə görədir. Yoqa panik atak və depresiya kimi halların keçməsi üçün çox xeyirlidir. Sinir sistemini sakitləşdirir. Düzgün nəfəs taktikaları öyrənərək, stresli anlarda istifadə edə bilərsiniz.
Spinning
Spinning, musiqi altında müəllimlə birlikdə və xüsusi olaraq velosipedlə edilən bir aerobik idman növüdür. Stressin səviyyəsini aşağı salmaqla bərabər, ayaq, göbək və bud nahiyəsindəki yağları əridir.
Aerobik
Bir müəllimlə birlikdə işləməyi sevirsinizsə, musiqi altında idman etmək xoşunuza gəlirsə, bu idman növü ilə məşğul olun. Aerobika stressi azaltmağa kömək edən idman növlərindən biridir. Dizlərində, ayaqlarında və kürəyində bir narahatlığı olanlar bu idman növü seçməməlidirlər.
Fitness
İdman edərkən klup mühiti xoşunuza gəlirsə, sağlamlağınıza və büdcənizə uyğundursa fitneslə məşğul ola bilərsiniz. Bu idman növü stressinizi azaltmaqla qalmaz, incə görnüşlü olmağınıza kömək edər.