Bütün məşqlərdə maksimum faydanı əldə etmək və məşq müddətində gücün qorunması üçün vücudun enerjiyə ehtiyacı vardır. Bununla bərabər məşqdən qabaq daha çox yemək yemə sindirim sisteminin mütəmadi işləməsinə səbəb olaraq narahatlıq verə bilər.
Ac qarına başlamayın
Bütün gecə ac qaldığınız üçün səhər məşqindən qabaq qan şəkərinin nizamlanması üçün bir şey yeməlisiniz. Normal halda səhər yeməyi yeməsəniz də, məşqdən qabaq mütləq yemək yeməlisiniz.
Çox yemək yedikdən sonra məşq etmək üçün 3-4 saat gözləyin
Əgər səhər yeməyində çox yediysəniz, yeməkdə aldığınız yağ və proyeinləri hzəm etmək üçün zamana ehtiyacınız olacaqdır. Səhər yürüşündən əvvəl xəfif bir yeyəcəklər yeyin, böyük səhər yeməyini məşqdən sonraya saxlamaq daha faydalı olacaqdır. Əgər məşqdən qabaq çox yemək yesəniz,məşq əsnasında əzələlərə getməsi lazım olan qan həzmə kömək etmək üzrə nədəyə pompalanacaqdır. Buna görə əzələlərinizin bütün gücü ilə işləməsini istəyirsinizsə məşqdən qabaq mədənizi həddən çox doldurmayın.
Məşqdən 1-3 saat qabaq kiçik bir pay yeyin
Əgər səhər yeməyində xəfif və az yağlı qidalar istifadə etsəniz 1-3 saat içində rahat şəkildə məşq edə bilir və mədənizi narahat etmədən kalorilərdən faydalana bilərsiniz.
Məşqdən 30-90 dəqiqə əvvəl karbohidrat tərkibli bir ara payı yeyin
Əgər məşqə az qalmış bir şey yemək istərsəniz, tez həzm edilə bilən karbonhidrat tərkibli kiçik ara payları yeyə bilərsiniz. Banan, az yağlı süd-yoğurt kimi qidalar və içkiləri rahatlıqla istifadə edə bilərsiniz.
Sizin üçün uyğun olanı tapmaq üçün fərqli şeylər sınayın
Məşqdən əvvəl yemək yemək və ya yeməmək insanların üzərində fərqli təsirlər göstərə bilir. Normal vaxt size narahat etməyən qidalar məşq öncəsi istifadə etdiyinizdə bulantı və başqa şikayətlərə səbəb ola bilər. Sizə ən uyğununu tapmaq üçün məşqdən əvvəl fərqli yemək alternatifləri sınaya bilərsiniz.