Qadin.NET / Heç bir əziyyət çəkmədən qarın əritmək üsulu

Heç bir əziyyət çəkmədən qarın əritmək üsulu

Aylar və ya illərlə müxtəlif pəhrizlər saxlayıb istədiyiniz nəticəni ala bilmədikdə sevdiyiniz yeməklərdən imtina etməkdənsə, fitness salonlarda yorulmaqdansa, kimyəvi həblər və ya mayelər qəbul etməkdənsə çinli həkim Fukuçudzenin sadə arıqlamaq üsulunu sınaqdan keçirin. Fukuçudzenin üsulu ilə qadınlar çox qısa zamanda gözəl bədən quruluşuna sahib ola bilirlər. 

Bunun üçün düz, bərk yer, dəsmal və ip lazımdır.

Heç bir əziyyət çəkmədən qarın əritmək üsulu
Heç bir əziyyət çəkmədən qarın əritmək üsulu

Dəsmal göstərilən kimi bükülür, iplə sıx bağlanır.

Heç bir əziyyət çəkmədən qarın əritmək üsulu

Bükülmüş dəsmal çanağın altına qoyulub bir neçə dəqiqəlik uzanılır.

Heç bir əziyyət çəkmədən qarın əritmək üsulu

Sonra dəsmalı yuxarıya doğru çəkərək bir neçə dəqiqə də orda saxlanılır. Bu həm qarnı, həm də düz qaməti və boyun uzanmasını təmin edir.

Heç bir əziyyət çəkmədən qarın əritmək üsulu

Bu üsul göstərildiyi kimi edilsə, möcüzəyə şahid olacaqsınız. Əvvəlcə dəsmal sıx bükülərək iplə möhkəm bağlanılır. Uzanaraq çanağın altına qoyulur. Bir neçə dəqiqədən sonra dəsmal ağrı verərsə, seansı dayandırmaq olar. Bunu ya bərk masaj stolunda, ya da yerdə etmək olar. Oturan kimi dəsmalı altınıza qoyun. Yavaşca dala uzanılır və əllə dəsmal saxlanılır ki, istiqamət dəyişməsin.

Heç bir əziyyət çəkmədən qarın əritmək üsulu

Ayaqlar çiyin bərabərində aralı saxlanılır, baş barmaqlar bir-birinə bitişdirilir. Bədən yuxarıya doğru dartılır, əllər başın üzərindən uzadılır. Ovucların içi aşağıya doğru qoyulur, çeçələ barmaqlar bir-birinə bitişdirilir. Bu cür 5 dəqiqə gözlənilir. Dayanmadan hər gün istədiyiniz bədən quruluşu alınana kimi etmək lazımdır. Sizin üçün ilk vaxtlar çətin olsa, 2 dəqiqədən başlaya bilərsiniz. Ancaq dəqiqəni 5-ə çatdırmaq lazımdır. Döş qəfəsinin altına qoymaqla, zamanla döş qəfəsinin dikəldiyini müşahidə edəcəksiniz. Dəsmal qabırğanın altına qoyulsa, zamanla daha gözəl çanağın olmasını müşahidə edəcəksiniz. Buna inanmaya bilərsiniz. Tətbiq edin və nəticəni gözləyin. Onu qeyd edək ki, bu üsul sizi 1 həftəyə arıqlatmayacaq. Ancaq insanlar fərqli olduğu üçün hərəyə bir vaxta təsir edir.

Heç bir əziyyət çəkmədən qarın əritmək üsulu

Fukuçudzi həkimin məsləhəti:
Bu üsulu etməyə başladıqda yanınızda kimsə olmalıdır ki, dəsmalı hara qoyduğunuza istiqamət versin.
Saatı gözünüzün önünə qoyun. Birinci seans bitdikdə o saat ayağa qalxmayın, sağ tərəfə qalxıb 1 dəqiqə bu cür qalıb oturaq halı alın.
1 dəqiqə də oturun və yavaş-yavaş qalxın. Ağır olacaq, lakin 3 dəqiqədən sonra keçib gedəcək.

1 oktyabr 2015
GO BACK