Qadin.NET / Osteoporozun qarşısını alan idman növü

Osteoporozun qarşısını alan idman növü

 

Osteoporozun qarşısını alan idman növü

 

Osteoporoz skeletin metobolik xəstəliyi olub, sümük toxumasının zədələnməsi (nazikləşməsi, sümük sıxlığının azalması), sümüklərin deformasiyası və sınığı ilə nəticələnən xəstəlikdir. 

 

Osteoporozun qarşısını alan idman növü

 

 

Ümumiyyətlə, yerin cazibə qüvvəsini tərkibinə alan idmanlar, məsələn, qaçmaq və tullanmaq, sümüyün sağlamlığını qorumaq üçün ən effektiv metoddur. Bu idmanlar sümükləri biləvasitə təzyiqə məruz buraxaraq, sümük hüceyrələrini özlərini yeniləməyə, remodel olmağa məcbur edir. 

 

Osteoporozun qarşısını alan idman növü

 

Yüksək effektli idmanlar arasında sıçrayaraq qaçmaq və tullanmaq çox araşdırılmış idmanlardır. Bir elmi araşdırmada, sadəcə yük qaldıranlara nisbətən, həm yük qaldıran həm də tullanmaq idmanı ilə məşğul olan qadınlar onurğa sümüklərində daha çox sümük sıxlığı artırılmasına nail oldular. Yük qaldırmağa nisbətən, voleybol, futbol, sürət xizək kimi yüksək effektli idmanlar sümük sıxlığının daha da çox artırır.

 

Osteoporozun qarşısını alan idman növü

 

Cavan insanlara nisbətən, qoca insanlar üçün sümükləri yeniləmək, remodel eləmək üçün sadə idmanlar yetərlidir. Gəzmək belə yetərlidir, əgər sürətli olsa. 60,000 post-menopozda olan qadınları içərən bir araşdırmada, həftədə ən azı 4 dəfə sürətlə gəzən qadınların omba sümük çatlaması (sümük sağlamlığı göstəricisi), yavaş-gəzən ya da gəzməyən qadınlara nisbətən, qat-qat azalmışdır. Sürətli gəzməyə əlavə olaraq, gəzinti zamanı yüngül, yanlara tərəf olan hərəkətlər sümük yenilənməsini, remodel olunmasını daha da sürətləndirir.

Camal Əliyev

24 iyul 2015
GO BACK