Orta-qoca yaşlarda olub, son bir-neçə onillikdə pasiv həyat tərzi sürənləri ümidləndirmək və ürəkləndirmək üçün elmi fakt: idmana orta yaşlardan başlamaq belə qocalıq zamanı xəstəliklərin və əlilliyin riskini böyük dərəcədə azaldır. Sağlam qocalmaq təxminən 65 yaşı olub, xroniki xəstəliklər, depresiya, zehni zəifləmə, fiziki taqətsizliyin olmaması ya da az olmasıdır; asılı olmadan, müstəqil yaşaya bilməkdir.
Siqaret çəkməmək, alkoholik içkilər içməmək (ya da çox az içmək) və varlı olmaq uğurlu qocalmağa kömək edən sosial faktorlardandır.
Amma orta yaşlarda idmanla fəal və mütəmadi olaraq məşğul olmaq xüsusilə vacibdir. Bir elmi araşdırmada, 65-83 yaşlar arasında olan 12000 Avstraliyalı kişiləri əhatə edən araşdırmada, həftəlik 5 dəfə 30-dəqiqəlik idmanla məşğul olanların, araşdırmadan 11 il sonra həyatda olma ehtimalı pasiv həyat tərzi keçirən kişilərdən daha çox idi.
İndiyə qədər bir vacib suala cavap yox idi. Gənc yaşlarında pasiv həyat tərzi sürənlərin orta yaşlarında, qocalıqda idman məşğul olmalarının sağlamlığa çox xeyri olar? Yoxsa, ortayaşlarda, qocalıqda idman etməyin çox əhəmiyyəti yoxdur?
Bu sualları cavablandırmaq üçün, Londondakı alimlər 10,000-lə Britaniyalıların ictimai-sosial fiziki göstəricilərinin databazını araşdırıblar. Bu databazda mütəmadi olaraq, Britaniyalılar nə yediklərini, gündəlik nə qədər idmanla məşğul olduqlarını, özlərini necə hiss etdiklərini və necə yaşadıqlarını soruşublar, və alınan cavablar databazaya yerləşdirilib.
8 il sonra bu suallar yenidən soruşulub, və bunun nəticəsində 3454 sağlam Britaniyalı kişi və qadınlar (55-73 yaşları arasında) yeni cavabları veriblər. Sonra alimlər bu insanların databazadakı cavablarına görə, bu araşdırmada iştirak edənləri 4 qrupa bölüblər: fəal qalanlar, sonradan fəal olanlar, pasiv qalanlar və sonradan pasiv olanlar.
Bu 8 ili əhatə edən araşdırmada, əvvəl fəal olub və fəallıqlarını qoruyanlar ən sağlam qocalıblar. Əvvəldən pasiv olub, sonra fəal olanlar da, qocaldıqda yaxşı nəticələr göstəriblər. Bunlarla müqayisədə isə, pasiv qalanlar və sonrada pasiv olanlar isə hardasa 7 dəfə çox ehtimalla, fərqli xəstəliklərə məruz qalıblar.
Beləliklə, qocaldıqda mütəmadi olaraq fəal olmaq (məsələn, yüngül idman etmək, gəzmək, bağda ağacları sulamaq) nəinki həyat illərini uzadır, həm də qocalığı daha xoşbəxt keçirməyə imkan verir.
Camal Əliyev