Qadin.NET / Fitnes salonlarında qarşılaşılan 7 problem

Fitnes salonlarında qarşılaşılan 7 problem

Xanımların fitnes salonlarında qarşılarına çıxan onlarla problem var. Bunlardan ən əhəmiyyətlisi daha sağlam bir həyat, fit bir bədənə sahib olmağın göründüyündən daha çətin olmasıdır. İlk vaxtlarınızda sizə yuxarıdan baxarlar, fitnes salonunuzun evinizdən kilometrlərlə uzaq olması və bunun kimi milyonlarla problem olar. Əmin olun, hər kəsin başına bunlar gəlir. Ancaq biz bu gün bir az daha gülməli və sadə problemlərdən danışacağıq.

Yayılmış makiyaj
Fitnes salonuna getməzdən əvvəl makiyaj etmək tamamilə lazımsızdır. Ancaq bir səhv edərək fitnes salonuna makiyaj ilə getmisinizsə, özünüzü rahat hiss edə bilməyəcəksiniz. Əgər fitnes salonuna getmə məqsədiniz, həqiqətən, idman etməkdirsə (çoxunun məqsədi sadəcə vaxt geçirməkdir), bilin ki, evdə əziyyət çəkib etdiyiniz makiyaj tər ilə birlikdə axıb itəcək. Məşqin sonunda üzünüzdə makiyajdan əsər qalmayacaq.
Hazırlıqsız tutulmaq!
Getdiyiniz fitnes salonunda xoş görünüşlü bir kişi görməyin həm yaxşı, həm də pis tərəfləri var. Təbii ki, gözələ baxmaq savabdır! Ancaq üzərinizdə köhnə paltarlar varkən və qan-tər içində yəqin ki, sadəcə baxmaqla kifayətlənmək vəziyyətində qalırsınız. Yanına gedib danışmaq bu halınızla ümidsiz görünər, ancaq sınamaqdan zərər çıxmaz!
Fitnes salonlarında qarşılaşılan 7 problem
Səhv başa düşülmək
Birinin sizə baxması, maraqlanması, təbii ki, öz etibarınızı artırar və artırmalıdır da! Ancaq fitnesdəki bu baxışlar, ümumiyyətlə, velosiped alətindən nə vaxt düşəcəyinizi başa düşmək üçün olur. Hər kəs sırasını gözləyir, ancaq 15 dəqiqə dayanmadan gözünü qırpmadan baxmaq heç də xoş deyil. Hesab edirəm ki, ailəsi ona lazım olan tərbiyəni verməmişdir!
Telefon xəstələri
Səs-küy bir fitnes salonunun olmazsa olmazlarından biridir. Ancaq mühit nə qədər gurultulu olursa olsun, telefonda söhbət edən birinin yanına düşmək istəməzsiniz. Bir insan niyə məkik çəkərkən telefonla danışır, əmin olun, biz də sizin qədər bu məsələ ilə maraqlanırıq. Eyni anda birdən çox iş görmək faydalı bir fəaliyyətdir, ancaq hər şeyin yeri və zamanı var.
Fitnes salonlarında qarşılaşılan 7 problem
Həddindən artıq ətir istifadə etmək
Əlbəttə, heç kim tər iylənmək verməyi istəməz, lakin üzərinizə bir şüşə ətir səpmək vəziyyəti yalnız daha da pis edər. Əgər ətrafınızdakı insanlardan şikayət eşitmək istəmirsinizsə, bu məsələyə diqqət edin.
Məcburi söhbət
Qulaqlığınızı taxdınız və məşqə başladınız. Artıq kimsə sizi dayandıra bilməz! Yanına gəlib söhbət etməyə çalışanlar xaricində təbii ki. Havadan, sudan danışır və sizinlə eşqbazlıq etməyə çalışır, sizin burada olmaq səbəbiniz idman etməkdir. Bu səbəbdən ətrafınızla ünsiyyətinizi minimuma endirin və qaçmağa davam edin!
Pəhrizdən çıxmaq
Evinizdən çıxdınız və fitnes salonuna doğru gedirsiniz. Ancaq gedəcəyiniz fitnes salonunun yanında ən sevdiyiniz fast food restoranı var! Əgər yolunuzdan azsanız, yandırdığınız kalorilərdən çox daha artığını tək bir payda geri almış olacaqsınız. Təbii ki, nadir də olsa, özünüzü sevindirməyiniz lazımdır, ancaq bu hədiyyələrin ''nadir'' olmasına diqqət yetirin.
İdman etmək hər nə qədər çətin və əsəb pozan görünsə də, bədəninizə olan faydası müzakirə edilməzdir. Bu səbəbdən planınıza sadiq qalın və bədəninizdəki dəyişikliyi görün!
Fitnes salonlarında qarşılaşılan 7 problem
21 may 2016
GO BACK