Qadin.NET / Qvinet Peltrou kimi yaşımıza qalib gələk-1

Qvinet Peltrou kimi yaşımıza qalib gələk-1

 Qvinet Peltrou kimi yaşımıza qalib gələk-1

Qvinet Peltrou klassik fitnessdən çox yoqa ilə məşğul olmağa üstünlük verir. Yoqa zamanı düzgün nəfəs alma yolu ilə həm əsəblər sakitləşir, həm də insan bədən formasını lazımi qaydada saxlaya bilir. Belə intensiv təcrübə qan axınını sürətləndirir, daxili orqanların fəaliyyətini stimullaşdırır. Aştanqa vinyasa adlanab bu yoqa hərəkətinin fasiləsizliyi sayəsində bədənin bütün əzələləri əla işləyir. Bu hərəkətlərdən sonra siz fiziki yorğunluq hiss edirsiniz və bütün bədən üzvlərinizdə isinmə və yorğunluq özünü biruzə verir. Peltou Qvinetin sözlərinə görə, o həftədə 6 dəfə yoqayla məşğul olur və bunun üçün səhər saat 04:30 da yuxudan durur. Aktrisa deyir ki, "Sadəcə, özümə qarşı çox tələbkaram və bilirəm ki, müntəzəm məşğul olaraq və aldığım və verdiyim nəfəslərimdən düzgün istifadə edərək, özümü xeyli yaxşı hiss edirəm". Əslində yoqanın tam bir seansı 60-90 dəqiqədir. Əgər buna onun vaxtı yoxdursa, o, mütləq gün ərzində 15 dəqiqə bunun üçün vaxt ayırır. Biz demirik ki, bu qədər tez durub yoqa ilə məşğul olmaq məcburidir. Siz bunu sizə rahat olan hər bir zaman çərçivəsində edə bilərsiniz. Əsas odur ki, yoqa ilə məşğul olmaq üçün yeməkdən ən az 3 saat keçməlidir. Bir də seans zamanı unutmayın ki, nəfəsinizi idarə edin. Onu normal, dərindən və sakit almağa çalışın. Bundan başqa bütün bədəni düzgün saxlayın, əzələlərə xüsusi diqqət yetirərək çanaq dibinin əzələlərini və qarın əzələlərini zəiflətməyin. 

1-ci həftə:

Qvinet Peltrou kimi yaşımıza qalib gələk-1

Öncə əllərinizi birlikdə tutaraq durduğunuz istiqamətdə tutun.

Qvinet Peltrou kimi yaşımıza qalib gələk-1

Nəfəsinizi alaraq əllərinizi birlikdə başınızın üzərinə qaldırın və onurğa sütunu boyunca uzadın.

Qvinet Peltrou kimi yaşımıza qalib gələk-1

Sonra nəfəsinizi verərək irəliyə doğru əyilin və əllərinizlə döşəməyə toxunun.

Qvinet Peltrou kimi yaşımıza qalib gələk-1

Sonra nəfəsinizi geri alıb yenidən ayaq üstə durub əllərinizi birləşdirərək onurğa sütunu boyunca başınızın üzərinə qaldırın.

Qvinet Peltrou kimi yaşımıza qalib gələk-1

Sonra nəfəsinizi alın və əllərinizi aşağı doğru uzadıb rahatlaşın.

Qvinet Peltrou kimi yaşımıza qalib gələk-1

Barmaqlarınızı döşəməyə toxunduraraq əyilin.

Qvinet Peltrou kimi yaşımıza qalib gələk-1

Döşəməyə əllərinizin içini qoyun və ayaq barmaqlarınızın üzərində uzanaraq nəfəsinizi içəriyə doğru çəkin. Bu zaman bütün ağırlığın çiyinlər üzərinə düşdüyünü hiss edəcəksiniz.

Qvinet Peltrou kimi yaşımıza qalib gələk-1

Sonra başınızı tavana doğru qaldıraraq çəkdiyiniz nəfəsinizi geri verin.

Qvinet Peltrou kimi yaşımıza qalib gələk-1

Yenidən nəfəsinizi içəri çəkərək belinizi qaldırıb, başınızı döşəməyə tərəf gətirib bu vəziyyəti alın.

Qvinet Peltrou kimi yaşımıza qalib gələk-1

Və yenidən içəri çəkdiyiniz nəfəsi geri verərək ayaq barmaqlarınızın ucunda və əlləriniz döşəmədə bu vəziyyəti alın.

Qvinet Peltrou kimi yaşımıza qalib gələk-1

Və yenidən əvvəlki hərəkətləri edərək geri dönünün. 

Qvinet Peltrou kimi yaşımıza qalib gələk-1

Sonda ilk durduğunuz vəziyyəti alın və bir neçə saniyə dərindən nəfəs alın və verin.

9 oktyabr 2014
GO BACK