Qadin.NET / Ebru Şallının 3 qızıl qaydası

Ebru Şallının 3 qızıl qaydası

Ebru Şallının 3 qızıl qaydası

Türkiyədə pilates deyincə ağla ilk gələn adlardan biri olan Ebru Şallı illərdir ki, eyni formada qala bilir. O, bədən formasını olduğu kimi saxlamağın 3 qızıl qaydasını hər kəslə paylaşıb. Gəlin, onlara nəzər salaq. 

Ebru Şallının 3 qızıl qaydası

Sağlamlıq vacibdir

Vacib olan arıq olmaq deyil, sağlam olmaqdır. Ebru Şallı artıq bir neçə ildir ki, eyni çəkisini qoruyub saxlaya bilir. Bunun əsas səbəbi isə nizamlı idman və pilates etməkdir. İkinci səbəbi isə gündə 8 pay yemək, yəni az-az və tez-tez yemək və 2 fincan yaşıl çay içməkdir.

Ebru Şallının 3 qızıl qaydası
Simitə əsla yox deyə bilmirəm

Tanınmış maneken qidası ilə əlaqədar ətraflı məlumat verib. Ebru Şallı "Suyu daha çox təzə tərəvəz və meyvələrdən alıram. Hər qidanı mövsümündə qəbul edirəm. Ana paylarımda tərəvəz, karbohidrat və proteinin olmasına üstünlük verirəm. Hər şeyi miqdarında yeyirəm. Qadağalarım yoxdur. Şokolada heyranam. Simitə əsla yox deyə bilmərəm, amma yeyəndə yarım simit yeyirəm" deyə açıqlama verib.

Ebru Şallının 3 qızıl qaydası

Şok pəhrizlərin əleyhinəyəm

Qısa zaman ərzində arıqlamaq üçün edilən pəhrizlərin sağlamlığa çox zərərli olduğunu deyən Şallı "Şok pəhrizlərin əleyhinəyəm. Qısa zaman ərzində arıqlamaq üçün belə pəhrizlərə əsla müraciət etməyin. Şok pəhrizlər əzələ ərimələrinə və üzdə çökmələrə səbəb olar" deyə xəbərdarlıq edib və bildir ki, heç bir zaman pəhriz saxlamır. 

27 iyul 2014
GO BACK