21 gün ərzində 2 ölçü arıqlamaq istəyirsinizmi? O zaman aşağıda yazılan idman hərəkətlərini mütləq edin. Hamilə xanımlar bu hərəkətlərdən tamamilə uzaq dursunlar. Çünki bunları etmək onlara ziyandır. 21 gün ərzində səhər və axşam bunları etmək lazımdır. Çox tərləyirsiniz deyə gündə bir dəfəyə düşürə bilərsiniz, ancaq bu zaman lazım olan təsiri əldə edə bilməyəcəksiniz. Ona görə də iradəli və səbrli olub səhər və axşam bu hərəkətləri aşağıdakı ardıcıllıqla etmək lazımdır.
1) Sürətlə yeriyin, qollarınızı da bu yerişə qatın. 5 dəqiqə ərzində sürətli əl-qol hərəkəti ilə yeriyərək bədəninizi isitməlisiniz.
2) Çanağınızı bir qədər geri edin, əllərinizi önünüzə doğru uzadın və əllərinizin içini bir-birinə bitişdirin. Əyilib qalxın. Elə əyilin ki, sanki indicə bir stula əyləşəcəksiniz. Əyilərkən əllərinizi dirsəkdən özünüzə doğru bükün, dikələrkən yenidən açın. Aşağı əyilərkən nəfəs alın, dikələrkən isə nəfəsinizi verin. Bu hərəkəti 10 dəfə edin.
3) Uzun bir şey götürün, misal üçün bu, oxlov da ola bilər. Onu boynunuza qoyun və əllərinizi də arxadan oxlova keçirin. Ayaqlarınızı da bir az aralayın. Bundan sonra durduğunuz yerdə ayaqlarınızı tərpətmədən sağa-sola doğru dönün. Bu hərəkəti 30 dəfə edin.
4) Çanağınızı arxaya verin. Hər iki əlinizə bir litrlik butulka götürün, təbii ki, içi dolu olsun. Əllərinizi yana doğru açın və dirsək hissədən geriyə və qabağa doğru aparıb-gətirin. Bu hərəkəti edərkən bir qədər əyilin və çalışın ki, diz qapaqlarınız hərəkətsiz qalsın. Əllərinizi arxaya və geri doğru apararkən isə dirsəyinizi oynatmayın, sabit saxlayın. Bu hərəkəti isə 15 dəfə təkrarlayın.
5) Kürəyi üstə uzanın. Ayaqlarınızı bir-birinə bitişdirin və yuxarı qaldırın. Amma tam qaldırmayın. Əllərinizi boğazınızın qırağında saxlayın və qalxıb enin (jim hərəkəti). Qalxarkən diqqət edin ki, çənəniz sinəyə dəyməsin, havaya baxsın. Bu hərəkəti 20 dəfə edin.
6) Qarnı üstə uzanın. Əllərinizi və ayaqlarınızı eyni anda yuxarı qaldırın. Ayaqlarınızı bitişdirin. Bu hərəkəti 20 dəfə edin.
7) Böyrü üstə uzanın. Altda qalan əli üstdə qalan böyrünüzə qoyun. Üstdəki əlinizi isə elə üst tərəfdə qalan qulağınıza doğru qaldırın. Başınızı və ayağınızı eyni anda göyə qaldırın. Bu hərəkəti 20 və ya 25 dəfə etdikdən sonra digər böyrü üstə uzanaraq eynilə təkrar edin.
8) Stulun arxa hissəsindən tutun və dizinizi bükmədən sağ ayağınızı arxaya doğru çəkin. Ayağınızı geri gətirərkən tam yerə qoymadan yenidən arxaya doğru aparın. Bu hərəkəti 20 və ya 25 dəfə etdikdən sonra eyni hərəkəti sol ayağınıza da tətbiq edin.
9) Kürəyi üstə uzanın. Ayaqlarınızı qaldırın və velosiped sürdüyünüzü xəyal edərək ayaqlarınızı elə hərəkət etdirin ki, sanki havada pedal çevirirsiniz. Bu hərəkəti edərkən sağ əlinizi sağ budunuza, sol əlinizi də ehmalca sol budunuza qoya biləsiniz. Bu hərəkəti isə 25 dəfə etmək kifayətdir.
10) Gəldik sonuncu hərəkətimizə. Sonuncu hərəkət ip atlamaqdan ibarətdir. İpdən tullanın. İlk dəfəsində istədiyiniz qədər ipdən tullanın.
Unutmayın ki, bu hərəkətləri ilk dəfədən elə yazılan miqdarda etmək lazımdır. Sonra yavaş-yavaş hərəkətlərin sayını az-az artırarsınız. Hərəkətlərin sayını birdən-birə artırmaq əzələlərinizi incidə bilər. Ona görə də diqqətli olun və unutmayın ki, bu hərəkətləri üç həftə dalbadal səhər və axşam etmək lazımdır.