Şokolad, dondurma kimi ləzzətli qidalardan sonra özünüzü günahkarmı hiss edirsiniz? Təklif edəcəyimiz məşqləri vasitəsilə qısa müddətdə 200 kalori yandıra bilərsiniz.
Dönərək ayağı qaldırma
Sağ ayağınızı sağ tərəfə, sol ayağınızı isə önə doğru qıvıraraq oturun. Sol əlinizi yerə qoyaraq tarazlığınızı qoruyun. Sağ əliniz isə ombanızda olsun.
Dizləri bükməklə qaldırma
1. Üzü üstə uzanın, ovuclarınızı yerə qoyun və çiyinlərinizi geriyə verin. Sol dizinizi bükün və omba xəttinə qədər çəkin. Sağ ayaq barmaqlarınız yerə dəysin.
2. Sol diziniz qıvrıq bir şəkildə yuxarı doğru yüksəlin və dizinizi mümkün olduğu qədər yuxarı qaldırın. Məşqi hər ayaq üçün 30 dəfə təkrar etdikdən sonra hərəkəti tamamlayın.
Təpik hərəkəti
1. Qollarınız yerdə olmaqla kürək üstə uzanın. Topuqlarınızı çarpazlayaraq ayaqlarınızı qaldırın və özünüzə doğru çəkin.
2. Yavaşca ayağa qalxın və sağ qıçınızla yana doğru təpik atın. 30 dəfə təkrar etdikdən sonra sol qıça keçin.
Ayaq qaldırma
1. Hərəkətə sol qolunuz və sağ əlinizin ovcu ilə başlayın. Barmaq uclarınız qarşını göstərərkən sağ qıçınızı mümkün olduğunca yuxarı qaldırın.
2. Yavaşca ayağa qalxın və dik durun.
3. Sağ ayağınızı geriyə doğru qaldırın, sol qolunuzu geriyə, sağ qolunuzu önə doğru uzadaraq tarazlıqda durun. Hər ayaq üçün 30 dəfə təkrar edin.