Qadin.NET / Omba və ayaqlar üçün hərəkətlər

Omba və ayaqlar üçün hərəkətlər

Omba və ayaqlar üçün hərəkətlər
Gözəl ayaqlara sahib olmaq hər bir xanımın arzusudur. Cazibəli ayaqlara sahib olmaq üçün sizə təqdim etdiyim 3 harəkəti etmək yetərlidir. Dolu  və incə ayaqlar nə qədər də cəlbedici görünür, elə deyilmi? Gözəl ayaq quruluşuna sahib olmaq istəyirsinizsə, bu məşqləri mütləq etməlisiniz.
Omba və ayaqlar üçün hərəkətlər
Yuxarı addımlar 
Bu sadə məşq omba və ayağı eyni anda işlədir. Məşq üçün stul və ya da nərdivandan istifadə edə bilərsiniz.  Sol ayağınızla stula çıxın və sağ ayağınızı qaldırın. Sonra iki ayağınızla birdən stulun üzərinə basın. Sonra başlanğıc mövqeyinə geri dönün. 
Hər ayaq üçün 20 dəfə bu hərəkəti təkrarlayın.
Omba və ayaqlar üçün hərəkətlər
Çömbəlmək
Ayaqların iç hissəsini və ombanızı eyni anda işlədən mükəmməl bir hərəkətdir. Əgər qollarınızı qaldırmaq sizə çətin olarsa, ağırlıqları əlinizdən buraxıb yalnız ayaqlarla işləyə bilərsiniz. Ayaqlarınızı barmaq uclarınız çölə tərəf olmaq şərti ilə geniş bir şəkildə açın. İki əlinizə bir ağırlıq alaraq, ovuclarınızın içini aşağıya doğru iki yana açın. 
Qollarınızı çiyin xəttinə qaldırın, ayaqlarınızı dizdən büküb aşağı doğru çömbəlin, sonra təkrar başlanğıc mövqeyinə dönün. 
Ayaqlarınızı və qollarınızı eyni anda dümdüz saxlamalısınız. 
Bu hərəkəti 15 dəfə təkrarlamaqla gündə 3 dəfə edin. 
Omba və ayaqlar üçün hərəkətlər
Divar oturuşu 
Ayaqlarınız divardan iki addım irəlidə olmaqla kürəyinizi divara söykəyin. Ayaqlarınız çiyin genişliyində açıq olsun. Dizlərinizi 90 dərəcə əyməklə çömbəlin və kürəyinizi divarda saxlayaraq aşağıya doğru sürüşdürün. 
Dizləriniz topuqlarınızla eyni xətdə qalmalı, ayaqlarınızın üst hissəsii bir-birinə paralel olmalıdır. Qarnınızı möhkəm tutaraq sol qıçınızı yuxarı qaldırın və 15 saniyə boyunca bu vəziyyətdə durun, sonra aşağı salın. Eyni hərəkəti sağ ayağınızla da təkrar edin. 
Bu hərəkəti 1 dəqiqə ərzində növbəylə hər bir ayaq üçün təkrar edin.
25 fevral 2014
GO BACK